Accessibility links

Almaniya Ukraynaya "Leopard 2" tankları göndərmək planını təsdiqləyib


Birləşmiş Ştatlar və Almaniya təxminən bir ildir davam edən Rusiya işğalına qarşı mübarizəni gücləndirmək üçün Ukraynanı yüksək səviyyəli döyüş tankları ilə təmin etmək planları üzərində işləməyə davam edir.

Almaniyanın baş naziri Olaf Şolzun sözçüsü çərşənbə günü bəyanat yayaraq, Berlinin Kyivi 14 "Leopard 2" tankı göndərəcəyini bildirib. Bu, Ukraynaya güclü tanklardan ibarət iki batalyon yaratmaq imkanı verəcək ilk addımdır.

Bəyanatda tankların birbaşa Almaniyanın hərbi ehtiyatlarından gətiriləcəyi bildirilib. Həmçinin Ukrayna qoşunlarının yaxın vaxtlarda Almaniyada təlimlərə başlayacağı və Almaniyanın Ukraynanı maddi-texniki təchizat və sursatla təmin edəcəyi bildirilib.

Xəbərlərdə ABŞ rəsmilərindən sitat gətirilərək bildirilib ki, Birləşmiş Ştatlar Ukraynnın döyüş meydanına 30-dan bir qədər çox müasir tank göndərməyi düşünür.

ABŞ xəbər agentliklərinin bildirdiyinə görə, prezident Co Baydenin administrasiyası qərarını çərşənbə günü elan edə bilər. The Wall Street Journal nəşri "M1 Abrams" tanklarının Ukraynaya göndərilməsi qərarının Almaniya tanklarının təminatı ilə bağlı diplomatik anlaşmanın bir hissəsi olaraq ilk dəfə məlumat verib.

Müzakirələrdən xəbəri olan ABŞ rəsmisi çərşənbə axşamı Amerikanın Səsinə Kyivin onları təhvil alıb döyüş meydanına yerləşdirə bilməyəcəyinə baxmayaraq, Ağ Evin Ukraynaya arzu edilən tankları çatdırmaq planını yekunlaşdırmağa çalışdığını bildirib.

Planın həssaslığına görə adının açıqlanmasını istəməyən rəsmi tankların Pentaqonun Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) vasitəsilə veriləcəyini deyib.

Fond Müdafiə Nazirliyinə silah və sistemləri birbaşa ABŞ ehtiyatlarından deyil, ya istehsalçılardan, ya da digər mənbələrdən almağa imkan verir.

Belə olduğu halda, rəsmi ABŞ-ın Ukraynaya göndərməzdən əvvəl "M1 Abrams" tanklarını başqa ölkələrdən almağa və onları təmir etməyə çalışa biləcəyini deyib.

XS
SM
MD
LG