Accessibility links

Amerikada milyonlarla yeni məzun əmək bazarına müraciət edib [Video]


Amerikada milyonlarla yeni məzun əmək bazarına müraciət edib
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Birləşmiş Ştatlarda buraxılış mövsümüdür və bütün bu tələbələr iş sorağındadır. Son iki ayda milyonlarla yeni məzun əmək bazarına müraciət edib. Amerikanın Səsi 4 universitetdə məzun olacaq tələbələrlə görüşərək, onların və ölkənin gələcəyi barədə söhbət edib.

Dörd il təhsildən sonra bir an - Buraxılış.

“Mən həyəcanlıyam, həm də qorxu və əsəb içindəyəm” deyə, Cənubi Kaliforniya Universitetinin məzunu Krislin Oqava bildirir.

Çıxış edənlər əsəbləri sakitləşdirməyə çalışır. Prezident Donald Tramp: “Yadınızda saxlayın, heç nə asanlıqla başa gəlmir.

Senator Berni Sanders: “Balaca deyil, böyük düşün!”

Bu bahar ölkədə 3 milyon tələbə məzun olur. Career Builder dot-com.a istinadən bildirilir ki, onlar əmək bazarında yaxşı işi 10 ilə tapa bilər. Lakin hər məzunun öz planı var. Texas universitetinin məzunu Coşua Çarls: “Hələ ki iş tapa bilmirəm. Hələ də nə edəcəyimi bilmirəm. Lakin ümid edirəm.”

Bəziləri üçün isə bu nikbinlik ölkənin gələcəyi ilə də bağlıdır.

Den Karr Liberti kollencində tələbələrin müvəqqəti bərbəri olub. Məzun olan kimi o, silah mağazasında ailəsinin biznesini davam etdirəcək, “Səhmlərin qiyməti artır, gördüyünüz kimi iş yerləri də artır. Bu, Amerika ruhu deməkdir.”

Bəziləri isə həyatlarının kollecdə ikən dəyişdiyini deyir. Cənubi Kaliforniya Universitetinin tələbəsi Sana Cəmşid: “Tramp prezident olandan bəri onun oyunlarına müsəlman olmaq qorxusu da daxildir.”

Texas universitetinin bəzi məzunları ölkənin tarixini dəyişmək ümidində olduğunu deyir. Texas universitetinin tələbəsi Laura Kinyon: “Texas universiteti belə bir devizi var “Burada başlayan hər şey dünyanı dəyişir”, mənium fikrimcə əsrlər bundan ilhamlanır.”

Bu kollecdə qeyri-adi bir ruh yüksəkliyi, nikbinlik və qətiyyət var. Tələbələr bunu özləri ilə gələcəyə aparmalıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG