Accessibility links

Bayden silahlara nəzarət qanununun icrasına sərəncam verib


Bayden silahlara nəzarət qanununun icrasına sərəncam verib
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Bayden silahlara nəzarət qanununun icrasına sərəncam verib

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı federal agentliklərə doqquz ay əvvəl imzaladığı silah alıcılarının keçmişinə dair yoxlamaları genişləndirən və potensial təhlükəli şəxslərdən odlu silahların müvəqqəti alınmasına imkan verən qaydaları gücləndirən ikitərəfli silah nəzarəti qanununun icrasına yönəlmiş sərəncam verib.

Cəmi iki ay əvvəl bir silhalı şəxs Çin Yeni İli şənliyi zamanı əyləncə zalında atəş açaraq, 11 nəfəri öldürüb, 9 nəfəri yaralayıb. Co Bayden: "Bu, ölkənin ruhunu yaralayan faciə, burada, Monterey Parkında, San Qabriel Vadisində, asiyalı-amerikalıların icmasının ürəyində baş verdi."

Bayden silah zorakılığının qarşısının alınması üçün son səylərini burada göstərdi. O, 21 yaşdan kiçik alıcılar üçün yoxlamaları genişləndirən və ştatlararası silah ticarətinə qarşı mübarizə aparan hər iki partiyanın dəstəklədiyi silah nəzarəti qanununu gücləndirməklə bağlı doqquz ay əvvəl imzaladığı qərarın icrası üçün göstəriş verdi. "Mənim sərəncamım baş prokurora bizi yeni qanun layihəsi olmadan universal yoxlamalara mümkün qədər yaxınlaşdırmaq üçün mümkün olan bütün qanuni tədbirləri görməyə istiqamətləndirir" - deyə, Bayden bildirib.

Silahlara nəzarət tərəfdarları Baydenin bu addımını alqışladı. Mark Kollins: "Bu, qazanc məqsədi ilə silah satan insanların əhəmiyyətli dərəcədə böyük hissəsini silah satmağa davam etmək istəyib-istəmədiklərini və yaxud lisenziyalı satıcı olub, yoxlama apararaq silah satmaq istəyib-istəmədiklərinə dair bir qərar verməyə məcbur edəcək,"

Keçən il qəbul edilən "Təhlükəsiz İcmalar Aktı", həmçinin məişət zorakılığı törədən məhkumların odlu silah almasına mane olan "qırmızı bayraq" qanunlarını yaratmaq və həyata keçirmək üçün ştatlara federal maliyyə ayırır və zorakılığa müdaxilə proqramları və psixi sağlamlıq xidmətlərini daha çox federal maliyyə ilə təmin edir.

Bayden Konqresi hücum silahlarına qadağanı yenidən qüvvəyə salmaq və odlu silah sənayesini məhkəmə iddialarından qoruyan qanunvericiliyin ləğv etmək də daxil olmaqla, daha çox tədbirlər görməyə çağırır. Müşahidəçilər deyirlər ki, bu, ABŞ-ın silah siyasətində dəyişiklikdən xəbər verir. Case Western Reserve universitetindən Mat Lakombe: "Silah təhlükəsizliyi hərəkatı Demokratik müttəfiqləri bu məsələdə hərəkətə keçməyə sövq etməkdə yaxşı iş görür. Düşünürəm ki, digəri Milli Atıcılıq Assosiasiyasının(silah lobbisi) gücünün azalması deməkdir ki, bu da Demokrat siyasətçilər üçün əvvəlki kimi qorxulu deyil".

Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında əlavə silah qanunvericiliyin qəbul edilməsi perspektivləri zəif olduğu üçün fəallar Baydenin daha çox sərəncamlar verməli olduğunu deyir. Buna silah zorakılığına federal reaksiyanı koordinasiya etmək üçün bir rəsmi təyin etmək və federal odlu silah lisenziyalarına nəzarət edən federal agentliyə təkrar cinayət törədənlərin lisenziyalarını ləğv etməyə göstəriş vermək daxildir.

Digər sənayeləşmiş ölkələrlə müqayisədə ABŞ ən zəif silah qanunlarına malikdir və dünyada ən çox silaha sahibdir. Birləşmiş Ştatlarda 390 milyon var, yəni adambaşına 1,2 silah düşür.

XS
SM
MD
LG