Accessibility links

Senat Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyi ilə bağlı dinləmə keçirir


ABŞ-ın keçmiş respublikaçı senatoru Çak Heygel müdafiə naziri vəzifəsinə namizədliyinin nəzərdən keçirilməsi üçün bu gün Senatın heyəti qarşısında ifadə verəcək.

Senatın Silahlı Qüvvələr Komissiyasının üzvləri Heygelə İsrailə nisbətən az dəstək verməsi, habelə İran və onun nüvə proqramı məsələsində daha yumşaq mövqe nümayiş etdirməsi də daxil olmaqla milli təhlükəsizlik sahəsində müxtəlif suallar verəcək.

Heygel əvvəllər ABŞ-ın hərbi büdcəsində xərclərin azaldılması və nüvə silahını ləğv etmək üçün qlobal hərəkata verdiyi dəstək barədə sualları da cavablandıracaq.

Ötən ay prezident Barak Obama Leon Panettanı Pentaqonun rəhbəri vəzifəsində əvəz etmək üçün sabiq respublikaçı senatorun namizədliyini irəli sürüb. Namizədliyi təsdiq edilsə Heygel ABŞ müdafiə naziri vəzifəsini tutacaq ilk Vyetnam müharibəsi veteranı olacaq.
XS
SM
MD
LG