Accessibility links

Amerikada nifrət zəminində cinayətlər artmaqdadır


Amerikada nifrət zəminində cinayətlər artmaqdadır
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Birləşmiş Ştatlarda nifrət zəminində və ya qorunan azlıqlara qarşı cinayətlər son illər artmaqda davam edir. İnsan haqları müdafiəçiləri amerikalı bir aktyorun nifrət zəminində yalançı ifadəsinin real qurbanlara qarşı şübhəyə və bəzi qurbanların polisə müraciət etməsinə mane olmasından ehtiyat edir.

Heç də hamı tolerant deyil. Bağırmaq qanunidir. Lakin ayrı-seçkilik tez bir zamanda niftər zəminində cinayəti eskolasiya edə bilər. Söhbət irqi, dini, etnik və ya seksual oriyentasiya ilə bağlı cinayətdən gedirsə. Homoseksualların hüquq müdafiəçisi, musiqiçi Con Beker bunu yaxşı bilir. “Bu, homiseksualların hər gün qarşılaşdığı bır şeydir.”

Hazırda Bekeri başqa bir şey də narahat edir. Qaradərili homoseksual aktyor Cossi Smollett nifrət zəminində cinayətin təşkilində ittiham edilir. Lakin Çikaqo polisi belə bir qənaətə gəlib ki, Smollett maaşından və karyerasından narazı olduğu üçün iki nəfəri tutaraq, bu cinayəti qəsdən təşkil edib. Çikaqo Polis İdarəsindən Eddi Conson: “Məni narahat edən odur ki, indi nifrət zəminində cinayətlərin çoxu ictimaiyyət tərəfindən şübhhə ilə qarşılanacaq.”

Federal Təhqiqat Bürosunun hesablamalarına görə, 2017-ci ildən bəri nifrət zəminində cinayətlər 17 faiz artıb. Bu isə gündə 20-yə yaxın cinayət deməkdir.

Kaliforniya Dövlət Universiteti nifrət zəminində cinayətlə bağlı 7 min 100-ə qədər şikayətdən 23-nün saxta olduğunu göstərib. Kevin Qrişam: “Müstəqil şəkildə apardırğımız araşdırmalar saxta məlumatların az olduğunu göstərib.”

Beker deyir ki, hətta bir saxta məlumat çox hallarda danışmaqdan çəkinən qurbanlarla yanaşı, nifrət cinayətinə inanmayanlara mənfi təsir göstərəcək. “Bizə danışın və biz sizə təhlükənin nə dərəcədə olduğunu deyək.”

Kevin Qrişam deyir ki, keçən il nifrət zəminində cinayətlərin sayı artsa da, saxta şikayətlərin sayı azalıb.

XS
SM
MD
LG