Accessibility links

ABŞ Ali Məhkəməsi Trampın yenidən prezidentliyə namizəd ola bilib-bilməməsi ilə bağlı arqumentləri dinləyir


Vaşinqtonda ABŞ Ali Məhkəməsinin binası.
Vaşinqtonda ABŞ Ali Məhkəməsinin binası.

ABŞ Ali MƏhkəməsi cümə axşamı prezidentliyə Respublikaçı namizəd Donald Trampın bu vəzifəyə uyğun olub-olmaması və 2021-ci ilin 6 yanvar tarixində ABŞ Kapitolsinə hücumdakı roluna görə ştatların səsvermə bülletenlərindən xaric edilməli olub-olmaması ilə bağlı şifahi arqumentləri dinləyib.

Həmin gün keçmiş prezidentin 2020-ci ilin noyabr seçkilərinin oğurlandığına dair ritorikasına inanan bir dəstə tərəfdarı, qanunvericilərin Co Baydenin qələbəsini təsdiq etməsinə mane olmaq üçün Kapitoliyə basqın etmişdi.

Bu həftənin əvvələrin federal apellyasiya məhkəməsi Trampın seçki müdaxilə ilə bağlı “Amerika Birləşmiş Ştatları Trampa qarşı” işində cinayət ittihamı ilə təqib olunmaqdan “mütləq toxunulmazlığa” malik olduğuna daor iddiasını rədd edib.

Həmin məhkəmə işi xüsusi prokuror Cek Smit tərəfindən ABŞ-ın Vaşinqtondakı Dairə Məhkəməsində qaldırılıb və Trampın 2020-ci il seçkilərini ləğv etmək üçün geniş səyləri ilə əlaqədar dörd ittihamla nəticələnib.

Trampın bu işlə bağlı da Ali Məhkəməyə şikayətlə müraciət etmək ehtimall yüksəkdir. O iddia edir ki, ona qarşı qaldırılan cinayət və mülki iddialar Baydenin siyasi oponentini aradan qaldırmaq üçün “ifritə ovu”nun bir parçasıdır. Ağ Ev və Demokraltar isə bu iddianı rədd edir.

Tramp Andersona qarşı

Cümə günü Ali Məhkəmə qarşısına çıxarılacaq Tramp Andersona qarşı işində Trampın ABŞ Konstitusiyasına 14-cü düzəlişin 3-cü müddəası altında Koloradoda praymeriz kimi tanından ilkin səsvermədə iştirakının qadağan edilməli olub-olmadığı müzakirə olunur.

Bu məhkəmə işi ilkin olaraq Koloradoda Respublikaçı qanunverici Norma Anderson, habelə baş başqa Respublikaçı və müstəqil seçicilərin adından Vaşinqtonda Cavabdehlik və Etikanı dəstəkləyən Vətəndaşlar tərəfindən Kolorado ştatının katibi Cena Qrisvolda qarşı qaldırılan “Anderson Qrisvolda qarşı” məhkəmə işi kimi başlayıb.

Hər iki işdə Trampın hakimiyyətin dinc yolla ötürülməsinin qarşısını almağa cəhd edən üsyançı olub-olmamasına və 3-cü müddəaya əsasən yenidən vəzifə tutmasının qadağan edilib-edilməməsinə baxılır.

3—cü müddəa 1866-ci ildə Vətəndaş Müharibəsi bitəndən sonra keçmiş konfederatları – quldarlıq institutunu qorumaq üçün Birləşmiş Ştatlardan ayrılan 11 cənubi ştatdan olan rəsmilərin – hakimiyyətə geri gəlməsinin qarşısını almaq üçün Konstitusiyaya əlavə olunub.

Müddəada deyilir: “Daha öncə Konqres üzvü, Birləşmiş Ştatlar rəsmisi və ya hər hansı Ştat qanunverici orqanının üzvü, ya da hər hansı ştatının icraedici və ya məhkəmə zabiti kimi Birləşmiş Ştatlar Konstitusiyasını dəstəkləyəcəyinə dair and içmiş halda, onlara qarşı qiyam və ya üsyan etmiş, yaxud düşmənlərinə kömək və ya təsəlli vermiş heç bir kəs Senator və ya Konqresdə Nümayəndə, yaxud Prezident və Vitse-Prezident seçicisi ola və ya Birləşmiş Ştatlarda və ya hər hansı bir ştatda mülki və ya hərbi vəzifə tuta bilməz.”

Trampın vəkilləri iddia edir ki, 3-cü müddəa prezidentlərə şamil olunmur, yanvarın 6-da baş verənlər üsyan deyildi və Tramp sadəcə olaraq azad söz hüququndan istifadə edib.

Noyabrda Kolorado hakimi Trampın üsyanda iştirak etdiyinə dair qərar çıxarıv. Ancaq o, Trampın 2024-cü il praymeriz bülletentindən kənarlaşdırılmasının əleyhinə qərar verib və 3-cü müddəanın prezidentə şamil edilmədiyini bildiririb. Ancaq onun qərarının bu hissəsi ilə bağlı apelyasiya şikayəti verilib və Kolorado Ali Məhkəməsi onu ləğv edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG