Accessibility links

ABŞ Nümayəndələr Palatası hökumətin bağlanmasının qarşısını almaq üçün 1,2 trilyon dollarlıq büdcə layihəsini qəbul edib


Respublikaçıların nəzarət etdiyi ABŞ Nümayəndələr Palatası şənbə günü hökuməti oktyabr ayına qədər maliyyələşdirəcək 1.2 trilyon dollarlıq büdcə layihəsini təsdiq edib. Bununla da Demokratların çoxluq təşkil etdiyi Senat hökumətin qismən qapanmasının qarşısını almaq üçün bir neçə saat ərzində qanun layihəsi üzərində səsvermə keçirməlidir.

286-134 səs fərqi ilə bitən səsvermə oktyabrın 1-də başlayacaq büdcə ilinə qədərVaşinqtonun xərcləri ilə bağlı altı aydır davam edən mübarizənin başa çatdığına işarədir.

Ancaq Nümayəndələr Palatasının Respublikaçı spikeri Mayk Consonun öz kokusunun üzvlərindən yan keçərək Respublikaçılardan çox Demokratların dəstəklədiyi büdcə layihəsini təsdiq etməyə səs verməsi onun partiyasından olan nümayəndə Marcori Teylor Qrinini qəzəbinə səbəb olub və o, Consonun liderlikdən kənarlaşdırılmasına çağırıb. Bu barədə bir neçə ABŞ media orqanı məlumat yayıb.

Bu, oktyabr ayının əvvəlində baş verən hadisələrin təkrarlanmasına gətirib çıxara bilər. Belə ki, həmin zaman Consonun sələfi Kevin MakKartiyə qəzəblənən Respublikaçılardan ibarət bir qrup onu liderlərik vəzifəsindən kənarlaşdırmışdı.

Hökumət son dəfə Donald Trampın prezidentliyi dövründə, 2018-ci ilin dekabrın 22-dən 2019-cu ilin yanvarın 25-dək qismən qapanmışdı. Dövlət xidmətlərində rekord dərəcədə uzunmüddətli fasilə Respublikaçı Prezidentin ABŞ-ın Meksika ilə sərhədi boyunca divar tikmək üçün maliyyənin ayrılmasını tələb etməsi və Demokratlarla razılaşma əldə edə bilməməsi nəticəsində baş vermişdi.

Hazırkı 1012 səhifəlik büdcə layihəsi Müdafiə nazirliyini 886 milyon dollarlıq maliyyə ilə təmin edir ki, buna ABŞ hərbçilərinin maaşlarının artırılması daxildir. Büdcə layihəsinə həmçinin Daxili Təhlükəsizlik Nazirliyi, ABŞ Vergi Xidməti və Ədliyyə nazirliyindən tutmuş, Maliyyə və Dövlət departamentlərinin maliyyələşdirilməsi daxildir.

Büdcə həmçinin hazırda təxminən 34,6 trilyon dollar olan və sürətlə böyüyən dövlət borcunu artıracaq.

Bundan əlavə Konqresdə maliyyə ilə bağlı bir başqa mübahisəli məsələ müzakirə olunur. Konqres liderləri, Conson istisna olmaqla, təcili olaraq Ukrayna, İsrail və Tayvan üçün Senat tərəfindən təsdiqlənmiş 95 milyard dollarlıq təhlükəsizlik yardım paketinin yekun təsdiqinə çağırırlar.

Bəzi Respublikaçılar Ukraynanı işğalçı Rusiya ordusuna qarşı müharibəsində dəstəkləməyə davam etməkdən çəkinirlər.

Mühafizəkarlar Konqresi və Demokrat Prezident Co Baydeni 2024-cü büdcə ili üçün bəzi xərclərin azaldılması ilə razılaşdırmağa nail olsalar da, daha böyük kəsirlərə ümid edirdilər. Onların narazılığı Nümayəndələr Palatasının spikeri Kevin MakKartinin oktyabr ayında tarixi bir şəkildə vəzifəsindən uzaqlaşdırılmasına gətirib çıxardı. Respublikaçıların daha sonrakı siyasi çəkişmələri nəticəsində Nümayəndələr Palatası üç həftə müddətinə bağlandı, çünki Respublikaçılar onu kimin əvəzləyəcəyi üzərində mübahisə aparırdılar.

O zamandan bəri və noyabr seçkiləri yaxınlaşdığı bir vaxtda, əksər Respublikaçılar büdcə səbəbilə hökumətin qapanmasına səbəb olmaqdan çəkinirdilər, baxmayaraq ki, hökumət dörd dəfə qapanmaq astanasında olub.

Reytinq agentlikləri xəbərdarlıq ediblər ki, bunun təkrar olunması ABŞ hökumətinin etibarlılığına mənfi təsir göstərə bilər.

Forum

XS
SM
MD
LG