Accessibility links

Nümayəndələr Palatası TikTok-un ABŞ-dan getməsi ilə nəticələnə biləcək qanun qəbul edib


Çərşənbə günü ABŞ Nümayəndələr Palatası məşhur TikTok video tətbiqini Çinə məxsus ana şirkəti ByteDance-dən ayırmağa, ya da proqramın ABŞ versiyasını satmağa məcbur edən qanunu təsdiqləyib.

Nümayəndələr Palatasında hər iki partiya tərəfindən dəstəklənən "Amerikalıları Xarici Rəqbilər tərəfindən Nəzarət Edilən Applikasiyalardan Qoruma Aktı" TikTok-a ABŞ-da qalmaq üçün rəqib nəzarətini aradan qaldırmaq üçün altı ay vaxt verir. Bura, tətbiqin sahibi olan ByteDance şirkətinin indiki sahiblərin diversifikasiyası daxildir. Nümayəndələr Palatasının ABŞ və Çin Kommunist Partiyasının rəqabəti üzrə Seçmə Komitənin sədri Mayk Qallager və komitənin yüksək vəzifəli demokrat üzvü Raja Krişnamurti bidirib.

"TikTok Çin Kommunist Partiyası tərəfindən nəzarət edilən ByteDance şirkətindən özünü ayırmalıdır. Əgər TikTok bunu etməmək qərarı versə, tətbiq ABŞ-ın tətbiq dükanlarından çıxarılacaq", konqresmenlər birgə bəyanatda bildiriblər.

"Narahatlıq ondan ibarətdir ki, TikTok şəxsi məlumatları ana şirkəti ByteDance-ə ötürə bilər, o da öz növbəsində onu Çin hökumətinə ötürə bilər" – deyə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Keytlin Çin-Rotmann Amerikanın Səsinə bildirib.

Çin-Rotmann Konqres üzvlərinin bəzilərinin Çin Kommunist Partiyasının təbliğat məqsədləri üçün TikTok alqoritminə potensial olaraq nəzarət etməsinə dair narahatlıqlarının hələ sübut olunmadığını qeyd edib.

"Bu o demək deyil ki, gələcəkdə Çin hökumətinin təzyiq göstərməsi riski yoxdur" – deyə, o əlavə edib.

TikTok bazar ertəsi qanunvericiliyi "qadağa" adlandırıb və ona qarşı irəli sürülən ittihamları dəfələrlə rədd edib. "Qanunvericiliyin əvvəlcədən müəyyən edilmiş bir nəticəsi var: ABŞ-da TikTok-un tamamilə qadağan edilməsi", deyə şirkət keçən həftə X platformasında verdiyi açıqlamada bildirib.

Forum

XS
SM
MD
LG