Accessibility links

İnsan alveri ilə bağlı yeni hesabat açıqlanıb [Video]


İnsan alveri ilə bağlı yeni hesabat açıqlanıb
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Birləşmiş Ştatların Dövlət Departamenti insan alveri ilə bağlı yeni hesabatını açıqlayıb. Çin, Şimali Koreya və Suriya birinci sıralarda olmaqla, siyahıda insan alveri ilə bağlı vəziyyətin ən pis olduğu 23 ölkənin adı çəkilir.

Birləşmiş Ştatlar rəsmilərinə istinadən bildirilir ki, müasir quldarlıq sayılan və milyardlarla dollar gətirən insan alveri dünya boyu 20 milyon insanın azadlıqdan məhrum olması deməkdir.

Bu il “İnsan alveri” hesabatında artıq Çin, Şimali Koreya və Suriya ilə bir sırada göstərilir. Dövlət katibi Reks Tillerson: “Builki hesabatda Çinin adı üçüncü qrupda qeyd edilib. Bu da ona görədir ki, Çin Şimali Koreyadan olan məcburi əməyə məruz qalan işçilər də daxil olmaqla, insan alveri ilə mübarizədə ciddi addımlar atmayıb.”

Çinin ən aşağı sıralardakı üçüncü qrupa daxil edilməsi Tramp administrasiyası tərəfindən Çində insan hüquqlarının vəziyyəti ilə bağlı ilk ciddi tənbehedici addım kimi qiymətləndirilir. Pekin bu addımı qınayıb.

Vaşinqton bu hesabatın vəziyyətin yaxşılaşdırılması məqsədi daşıdığını bildirib. Çərşənbə axşamı açıqlanan hesabatda tailandlı fəal Bum Mosbi də daxil edilməklə, dünyanın müxtəlif ölkəsindən qlobal quldarlığa qarşı mübarizə aparan 8 nəfər qadın və kişinın işinə yüksək qiymət verilib. “Biz birlikdə gördüyümüz gərgin işə görə buradayıq. Sonda biz insan alveri kimi bir dəhşətlə qarşılaşırıq və bizim qarşımızda seçim durur, ya nə isə etməliyik, ya da etməməliyik” deyə, Bum Mosbi bildirib.

Prezident Trampın qızı İvanka da daxil olmaqla, Birləşmiş Ştatlar rəsmiləri dünya ölkələrinin rəsmilərini insan alveri kimi bir cinayətə göz yummamağa çağırıb. İvanka Tramp: “Builki hesabat bütün hökumətlərin insan alveri ilə məşğul olanların cəzalandırılmasına görə cavabdeh olduğunu göstərir. Bu hesabat eləcə də dövlətlərə başqalarının insan alveri ilə mübarizə aparmasına və bu mübarizədə ən effektiv strategiya və taktika tətbiq etməsinə imkan verəcək."

İnsan alveri sahəsində vəziyyətin ən pis olduğu ölkələr Birləşmiş Ştatlarla mədəni mübadilə proqramlarına qadağa kimi sanksiyalarla qarşılaşa bilər.

XS
SM
MD
LG