Accessibility links

Bayden ABŞ vətəndaşlarının sənədsiz həyat yoldaşlarına müdafiəni genişləndirir


Bayden ABŞ vətəndaşlarının sənədsiz həyat yoldaşlarına müdafiəni genişləndirir
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Bayden ABŞ vətəndaşlarının sənədsiz həyat yoldaşlarına müdafiəni genişləndirir

Çərşənbə axşamı prezident Co Bayden administrasiyasının ABŞ vətəndaşlarının bəzi sənədsiz həyat yoldaşlarına müdafiə təklif edəcəyini açıqlayıb. O, həmçinin ABŞ-a sənədsiz gələn gənc immiqrantların müdafiəsini təmin edən "Mühacir Uşaqlar üçün Fəaliyyətin Təxirə Salınması" proqramının 12-ci ildönümünü qeyd edib.

Havyier Quiroz Kastro üçün Amerikanın ən məşhur evinə ayaq basmaq qeyri-mümkün bir xəyal idi. Valideynləri onu Meksikadan ABŞ-a üç yaşında, qanuni immiqrasiya statusu olmadan gətirib.

Lakin çərşənbə axşamı o, Ağ Evdə idi. İşlədiyi Hyuston xəstəxanasından uzaq bir dünyada. O, burada DACA kimi tanınan "Mühacir Uşaqlar üçün Fəaliyyətin Təxirə Salınması" proqramından istifadə etdiyi üçün olduğunu deyir. "Amerikalıların həyatını xilas etmək yalnız DACA sayəsində mümkün oldu. Bu, mənə tanıdığım və sevdiyim yeganə ölkədə yaşamağa, işləməyə və ailə qurmağa imkan verdi".

Çərşənbə axşamı ABŞ Prezidenti Co Bayden Amerika vətəndaşlarının sənədsiz həyat yoldaşlarına müdafiə təklif etmək üçün yeni bir tədbir elan edib. Ağ Ev bunun yarım milyondan çox insana təsir edəcəyini deyir. Prezident Co Bayden: "Bu cütlüklər 10 il və ya daha çox müddətdir ki, ailə qurur, uşaqlarını kilsəyə və məktəbə göndərir, vergi ödəyir, ölkəmizə töhfə verir. Onlar bütün bu müddət ərzində ABŞ-da qorxu və qeyri-müəyyənlik içində yaşayır. Biz bunu düzəldə bilərik. Və mən bu gün bunu edəcəyəm."

Lakin immiqrasiya bu seçki ilində həssas mövzudur və son 20 il ərzində ABŞ-ın cənub sərhədindən keçənlərin sayı yüksək olub.

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp Baydeni "miqrant işğalı" adlandırdığı məsələdə ittiham edib. Tramp immiqrantları çox vaxt aydın dəlil və bəzən faktlar olmadan cinayət, inflyasiya, hətta xəstəlik və terrorda günahlandırır. "İnflyasiyanın təqribən 50%-i Co Baydenin qeyri-qanuni immiqrasiya dalğası və yüksək faiz dərəcələri səbəbindən sürətlə artan mənzil xərclərinə səbəb olub."

İmmiqrasiya tərəfdarları bununla razılaşmır. Araşdırmalar göstərir ki, bu siyasətdən faydalananlar hər il ABŞ iqtisadiyyatına 13 milyard dollara yaxın gəlir gətirir. FWD.us-dən Filip Konnor: "Bizim hesablamalara görə, əgər onlar ABŞ vətəndaşları olsaydılar illər keçdikcə bu məbləği hər il təxminən 5 milyard dollar artıra bilərdilər. Bu siyasət vasitəsilə icazə veriləcək hüquqi statusla onlar hazırda qadağan olunan karyeralara başlayacaq və bu, onlara iqtisadiyyatımızda daha məhsuldar olmağa imkan verəcək ki, bu da ailələri üçün, bütövlükdə cəmiyyətimiz üçün də faydalı olacaq."

Amerika Biznes İmmiqrasiya Koalisiyasının icraçı direktoru Rebekka Şi deyir ki, anası təxminən iyirmi il sənədsiz yaşayıb. "O, Çində həkim idi, lakin 19 il burada sənədsiz Çin restoranlarında işlədi, qocalar evlərində işlədi, qocalara qulluq etdi və peşəsi ilə məşğul ola bilmədi. Və nəhayət o, Yaşıl Kart-ını aldıqdan sonra tibb sahəsinə qayıtdı və bu, onun üçün həyəcanverici oldu və bu humanist bir addım idi. Bu, sadəcə onu göstərdi ki, onilliklər ərzində burada olan və artıq buraya töhfə verən insanları qanuniləşdirdiyiniz zaman siz onların iqtisadi potensialını ortaya qoyursunuz və bu, hər bir amerikalı üçün yaxşıdır".

Və Havyier Quiroz Kastro kimi amerikalılar üçün bu, daha böyük bir şeydir. Bu, özünün doğma evi adlandırdığı ölkənin onu ağuşuna alması deməkdir.

Forum

XS
SM
MD
LG