ABŞ və Hindistanın yüksək səviyyəli müdafiə rəsmiləri müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etmək üçün bazar ertəsi Yeni Dehlidə görüşüb. Görüş Hindistanın baş naziri Narendra Modinin Vaşinqtona səfərindən bir neçə həftə əvvəl baş tutub.
Hindistanın müdafiə naziri Rajnat Sinq Twitter hesabında yazıb ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə danışıqlara "strateji maraqların yaxınlaşması və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi" daxildir.
"Hindistan-ABŞ tərəfdaşlığı Hind-Sakit Okean regionunu azad, açıq və qaydalara bağlı təmin etmək üçün vacibdir. Biz potensialın artırılması və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi üçün bütün sahələrdə ABŞ-la yaxından işləməyi səbirsizliklə gözləyirik" deyib Sinq.
Ostin görüşdən sonra Sinqi tərifləyərək, hindistanlı həmkarının "iki ölkə arasında daha dərin əməkdaşlığa, birgə təlimlərə və texnologiya mübadiləsinə yol açmağa yardım etdiyini" deyib.
Modi iyunun 22-də ABŞ-a rəsmi səfər etməlidir.
Birləşmiş Ştatlar Çinlə mübarizə səylərinin bir hissəsi olaraq, Hindistanla əlaqələri dərinləşdirməyə çalışır.