Accessibility links

ABŞ-ın İndiana ştatında atışma olub, 4 nəfər ölüb


Polisin bildirdiyinə görə, bazar günü axşam ABŞ-ın İndiana ştatındakı ticarət mərkəzinin kafelərin olduğu hissəsində bir şəxsin tüfənglə atəş açaraq üç nəfəri öldürməsindən və iki nəfəri yaralamasından sonra başqa bir silahlı mülki vətəndaş onu vuraraq öldürüb.

Qrinvud Polis Departamentinin rəisi Cim Ayson tüfəng və bir neçə darağı ilə silahlanan şəxsin Greenwood Park Mall-a daxil olaraq, kafelərin yerləşdiyi hissədə atəş açmağa başladığını bildirib.

Ayson mətbuat konfransında deyib ki, başqa bir silahlı mülki şəxs həmin adamı öldürüb. Onun sözlərinə görə, ümumilikdə 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Polis ticarət mərkəzinə xəbəri alandan sonra saat 18:00 radələrində gedib. Rəsmilər ticarət mərkəzində hər hansı başqa qurbanlar axtarsa da, onlar atəşin mərkəzin kafelərin olduğu hissəsində dayandırıldığına inanır.

Ayson polisin həmin ərazinin yaxınlığındakı tualetdə şübhəli bir kürək çantasının müsadirə edildiyini deyib.

İndianapolis Metropoliten Polisi və bir çox digər qurumlar istintaqa yardım edir.

"Ölkəmizdə baş verən bu kimi hadisələr bizi boğaza yığıb" - deyə, İndianapolis şəhəri polis rəisinin köməkçisi Kris Beyli bildirib.

Təxminən 60 min əhalisi olan Qrinvud İndianapolisin cənubunda yerləşir.

Beylinin dediyinə görə, haı-hazırda bölgədə təhlükə yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG