Accessibility links

İranda həbsdə olan amerikalıların anaları Tehrandadır


İran rəsmiləri amerikalıları casusluqda ittiham edərək keçən ilin iyul ayından həbsdə saxlayır

İranda doqquz aydır həbsdə olan üç amerikalı turistin anası onların azad edilməsi üçün bu gün Tehrana gəlib.

İranın Kəşfiyyat naziri Heydər Moslehi deyib ki, İran hökuməti humanistlik nümayiş etdirərək amerikalı analara övladları ilə görüşmək üçün viza verib. İran rəsmiləri amerikalılar Coşua Fattal, Şeyn Bauer və Sara Şourdun keçən ilin iyul ayında qeyri-qanuni olaraq İraqdan İran sərhəddini keçdiyini deyərək onları casusluqda ittiham ediblər.

Ailə üzvləri isə casusluq ittihamlarını rədd edərək onların İraqın şimalında dağlara qalxarkən təsadüfən İrana keçdiyini deyirlər.

XS
SM
MD
LG