Accessibility links

ABŞ və İran güləşçiləri bir araya gəlib [Video]


ABŞ güləşçiləri Tehranda
please wait

No media source currently available

0:00 0:02:54 0:00
Birləşmiş Ştatlarla İran çox az məsələdə razılaşırlar. Lakin indi onlar güləşi Olimpiya idman növü kimi saxlamaq üçün bir araya gəliblər. Tehranda keçirilən Güləş üzrə Dünya Çempionatında Birləmiş Ştatlar İranla qarşılaşır. Lakin burada təkcə hansı tərəfin qalib gələcəyi mühüm deyil. Istər idmançılar, istərsə də məşqçilər üçün bu, ümumi mübarizənin başlanğıcıdır.

Birləşmiş Ştatlardan məşqçi Riç Bender iranlıları may ayının 16-da Nyu-Yorka dəvət etmək istədiyini deyir. İran Milli Olimpia Komitəsindən Məhəmməd Əliabadi da Nyu-Yorka gəlmək arzusunda olduğunu deyir.

Birləşmiş Ştatların İran idmançılarını ölkəyə dəvətinə səbəb həmrəylikdirmi?
Onlar Beynəlxalq Olimpia Komitəsinin bu yaxınlarda idman növü kimi güləşin 2020-ci ildə keçiriləcək Yay Olimpia Oyunlarından çıxarılmsı planı barədə bəyanatına qarşıdırlar.

Güləşin Olimpia Oyunlarından çıxarılması barədə qərar güləşə böyük həvəsin olduğu İranı, ABŞ-dakı güləş pərəstişkarlarını və idman rəsmilərini hiddətləndirib.

Dünya Çempionatında iştirak etmək üçün Birləşmiş Ştatlar idmançıları Tehrana gəliblər. ABŞ-ın güləş komandasının baş məşqçisi Mitç Hall hesab edir ki, həll yolu sadədir, birgə işləmək. “Siyasi müstəvidə biz çox zaman İranla bir yerdə deyilik. Eləcə də Rusiya ilə. Lakin güləşə gəldikdə, söz ola bilməz, bir birlikdəyik. İran güləş üzrə bizim ən güclü müttəfiqimizdir.”

Hal-hazırda isə hər iki dövlətin rəsmiləri və güləşçiləri birlikdə güləşin Olimpia Oynlarında yer almasına ümid bəsləyirlər. 2020-ci ildə keçiriləcək Olimpia Oyunlarına qatılmaq üçün digər 7 idman növü kimi güləş də mübarizə aparacaq.

Məşqçi Mitç Hall: “Biz İran Federasiyasının güləşçiləri ilə birlikdə çox yaxşı işləyirik. Biz dünya siyasətində nələr baş verməsindən asılı olmayaraq, İran güləşçiləri, eləcə də İran xalqı kimi güləşə münasibətimiz eynidir.”

Birləşmiş Ştatlarla İran sevdikləri idman növünü xilas etmək üçün bir-birinə sarılıb.
XS
SM
MD
LG