Accessibility links

ABŞ qanunvericiləri İran polisinin nəzarətində olarkən ölən Məhsa Əmininin xatirəsini anıb


ABŞ qanunvericiləri İran polisinin nəzarətində olarkən ölən Məhsa Əmininin xatirəsini anıb
please wait

No media source currently available

0:00 0:02:40 0:00

ABŞ qanunvericiləri İran polisinin nəzarətində olarkən ölən Məhsa Əmininin xatirəsini anıb

ABŞ qanunvericiləri bu həftə 22 yaşlı Məhsa Əmininin İran polisinin nəzarətində olarkən ölməsinin birinci ildönümünü qeyd edərək, onun ölümü ilə bağlı alovlanan hərəkatın davam etdiyini deyib. Amerikanın Səsinin Konqresdəki müxbiri Katrin Gipsonun dediyinə görə, İranı insan haqlarının pozulmasına görə necə məsuliyyətə cəlb etmək məsələsində ABŞ qanunvericiləri arasında hələ də fikir ayrılığı var.

Məhsa Əmini bir il əvvəl sentyabrın 16-da İranın "əxlaq" polisinin bildirdiyinə görə, İslami geyim qaydalarını pozmaq səbəbilə həbs olunandan sonra polis nəzarətində ölüb. Onun ölümü İranın hər bir vilayətində etirazlara səbəb olub və bir il sonra Kapitolidə onun xatirəsi yad edilib. Demokrat Din Filips: "Ləyaqət, hörmət və dəyişiklik tələb edən qadın və qızlara rejim qəddar repressiyalarla cavab verdi. Nəticədə 600-dən çox iranlı öldürüldü və 22 minə yaxını həbs edildi. Bu cür davranış və vəzifədən sui-istifadəyə bəraət qazandırmaq olmaz".

Lakin Konqresdəki bir çox Respublikaçı İranın insan haqları pozuntuları ilə bağlı iddialara məhəl qoymadığını və əksinə, Bayden administrasiyasının 5 amerikalı girovun azad edilməsi müqabilində İranın doldurulan 6 milyard dollarlıq aktivlərinə çıxış verməklə bağlı razılaşmasından faydalandığından narahatdır. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindən Maykl Makkol: "İran bu ödənişi aldığına görə öyünür. İran prezidenti deyir ki, o, bu pulla istədiyini edəcək, baxmayaraq ki, pul humanitar məqsədlər üçün nəzərdə tutulub".

İslam Respublikasından təhdidlər aldığını deyən analitik Behnam Ben Taleblu da bu addımı tənqid edib. "Son fidyə ödənişləri Konqresdən yan keçən yazılı olmayan bir anlayışa yol açır. Bundan əlavə, bilindiyi kimi, bu, İranın qanunsuz nüvə imkanları və infrastrukturunu azaltmaq əvəzinə möhkəmlədəcək."

Ağ Ev cümə axşamı bu qərarı müdafiə edərək, köçürüldükdən sonra vəsaitin daha çox monitorinq ediləcəyini bildirib. Con Kirbi: "Biz İrana, rejimin insan haqlarını pozuntularına qarşı durmaqda davam edəcəyik. Biz onların xaricdə sabitliyi pozan hərəkətlərinə, terrorizmə dəstəyinə qarşı çıxmağa davam edəcəyik".

Təhlilçilər bu həftə qanunvericilərə bildiriblər ki, keçmiş prezident Donald Trampın İranın nüvə sazişinə son qoymaq qərarı ABŞ-ı çətin vəziyyətə salıb. Stimson Mərkəzindən Barbara Slavin: "Diplomatiya, danışıqlar, aktivlərin dondurulması - bunların hamısı nə vaxtsa işləyib."

Bu arada, ABŞ Nümayəndələr Palatasının qanunvericiləri bu həftə, Baydendən davamlı insan haqları pozuntularına və terrorizmə sponsorluq etdiklərinə görə, İran liderlərinə sanksiyalar tətbiq etməyi tələb edən iki partiyanın dəstəklədiyi MAHSA Aktını qəbul edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG