Accessibility links

ABŞ rəsmiləri İranı amerikalı məhbusları dərhal azad etməyə çağırıb


İranlı məhbus İmad Şərqinin bacısı Neda Şərqi Ağ Evin qarşısında
İranlı məhbus İmad Şərqinin bacısı Neda Şərqi Ağ Evin qarşısında

ABŞ-ın İran üzrə xüsusi elçisi İran mənşəli Amerika vətəndaşı İmad Şərqinin Evin həbsxanasında saxlanmasının 5-ci ldönümündə onun dərhal azad edilməsinə çağırıb.

Robert Malli İran rəsmilərinin Şərqini "saxta ittihamlarla" həbs etdiyini və onun "İranın Evin həbsxanasında nahaq yerə saxlanıldığını" bildirib.

Malli bazar günü Tvitter səhifəsində İranı həbsdə olan daha iki amerikalını azad etməyə çağırıb.

"O, Siyamək Namazi və Murad Təhbazla birlikdə azadlığa çıxana qədər işi dayandırmayacağıq. İran siyasi məqsədlər üçün ABŞ vətəndaşlarını həbs etmək kimi çirkin təcrübəsinə son qoymalıdır," Malli deyib.

Şərqi 2017-ci ildə İranın casusluq və milli təhlükəsizliyi pozmaq iddiası ilə həbs edilmiş iranlı amerikalı iş adamı və investordur. O, bütün ittihamlardan bəraət qazanıb və 8 aydan sonra sərbəst buraxııb. Lakin sonradan o yenidən həbs edilib və 10 il müddətinə həbs cəzasına məhkum edilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bazar gününü "ABŞ vətəndaşı İmad Şərqi və onun ailəsi üçün daha bir kədərli gün" adlandırıb.

"Bu gün İmad qiyabi mühakimə olunduqdan sonra saxta ittihamlarla Evin həbsxanasında qanunsuz olaraq saxlanılır," Patel cümə günü keçirdiyi brifinqdə jurnalistlərə deyib.

"Biz bir daha İranı siyasi təsir kimi istifadə etmək üçün əcnəbi vətəndaşları haqsız yerə həbs etmək kimi mənfur praktikasına son qoymağa və ABŞ vətəndaşları İmad Şərqi, Murad Təhbaz və Siyamək Namazini dərhal azad etməyə çağırırıq" - deyə, Patel bildirib.

XS
SM
MD
LG