Accessibility links

ABŞ İran hərbi qüvvələrinə milyardlarla dollar köçürməkdə ittiham etdiyi şəbəkəyə sanksiyalar tətbiq edib


ABŞ çərşənbə axşamı İran hərbi qüvvələrinə milyardlarla dollar köçürməkdə ittiham etdiyi təxminən 50 quruma və şəxsə sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi açıqladığı bəyanatda çərşənbə axşamı hədəfə alınanların ABŞ sanksiyaları altında olan İranın Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyi (MODAFL) və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən istifadə edilən "kölgə bank şəbəkəsi"ni təmsil etdiyini bildirib.

Nazirliyin bildirdiyinə görə, şəbəkə əsasən neft və neft-kimya məhsullarının satışından pul qazanan Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun beynəlxalq maliyyə sisteminə çıxış əldə etməsinə və 2020-ci ildən milyardlarla dollar ekvivalentində əməliyyatlar aparmasına kömək edib.

ABŞ Maliyyə Nazirlik Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun İran mübadilə və xarici gizli şirkətlər şəbəkələri vasitəsilə əldə etdiyi gəlirin Yəmənin Husilər qrupu da daxil olmaqla, İranın proksi qruplarına silah və maliyyə təminatını və Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə etdiyi pilotsuz təyyarələrin təhvil verilməsini dəstəkləyib.

Vaşinqton İsrailin Qəzzadakı müharibəsində fələstinlilərlə həmrəy olduqlarını bildirərək, noyabr ayından bəri gəmilərə pilotsuz təyyarələr və raket zərbələri endirən İranın pilotsuz təyyarələri və husiləri hədəf alan bir sıra sanksiyalar tətbiq edib.

"Biz terrorizmi dəstəkləyən vəsaitlərin fəaliyyətinə qarşı sayıqlığı artırmaq üçün müttəfiqlər və tərəfdaşlarla, eləcə də qlobal maliyyə sənayesi ilə işləməyə davam edirik", Maliyyə nazirinin müavini Uolli Adeyemo bəyanatda bildirib.

İranın Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı missiyası bu qərarı şərh etməyib.

Çərşənbə axşamı atılan addım Honq-Konq, Birləşmiş Ərəb Əmirlikləri və Marşal adalarında onlarla şirkəti, həmçinin İran və Türkiyədə yerləşən şirkətləri hədəf alıb.

ABŞ Maliyyə Nazirliyi İranın Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyinin Təchizat Şöbəsinin ABŞ-ın aprel ayında sanksiyalar tətbiq etdiyi “Sahara Thunder” tərəfindən həyata keçirilən neft satışları da daxil olmaqla, gəlirləri yumaq üçün Honq-Konq və ya Birləşmiş Ərəb Əmirlikləri kimi yurisdiksiyalarda qeydiyyatdan keçmiş çoxsaylı gizli şirkətləri idarə edən İrandakı mübadilə şəbəkələrindən istifadə etdiyini bildirib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG