Accessibility links

ABŞ-dan İrana avadanlıq göndərməyə çalışan iranlı biznesmen 4 il həbs cəzası alıb


ABŞ-dan İrana avadanlıq göndərməyə çalışan iranlı biznesmen 4 il həbs cəzası alıb
ABŞ-dan İrana avadanlıq göndərməyə çalışan iranlı biznesmen 4 il həbs cəzası alıb

ABŞ-ın Kaliforniya ştatında biznesi olan İran vətəndaşı İrana raket hissələri və radio üçün avadanlıq göndərməkdə ittiham edilərək, 4 il müddətinə azadlıqdan məhrum edilib. Davud Baniameri may ayında ABŞ hökumətinin icazəsi olmadan İrana müxtəlif texnika və müdafiə məqsədilə avadanlıq göndərdiyini boynuna alıb. Rəsmilər bu materialların heç birinin İrana çatmadığını bildirir. Davud Baniameri 2009-cu ildə həbs edilmişdi. İşlə əlaqədar daha iki şəxsə qarşı ittihamlar irəli sürülüb. Onlardan biri, ABŞ-da vətəndaşlıq almış əslən iranlı Andro Telemi məhkəməni gözləyir. ABŞ-ın Ədliyyə nazirliyi bildirir ki, İran vətəndaşı olan Səid Məcid Musəvi adlı üçüncü şəxs axtarışdadır. Onun İranda olduğu güman edilir.

XS
SM
MD
LG