Accessibility links

İraqın baş naziri ABŞ rəsmiləri ilə görüşür


Bu gün İraqın baş naziri Nuri Əl-Maliki Birləşmiş Ştatların müdafiə naziri Çak Heygellə görüşü zamanı ölkəsində zorakılıqlara son qoyulması üçün ABŞ-dan daha artlq yardım istəyib.

Cənab Maliki ABŞ-İraq münasibətləri və İraqın qarşısında duran problemlərlə bağlı Vaşinqtonda görüşlər keçirir. Dünən cənab Maliki ilə görüşən Birləşmiş Ştatların dövlət katibi Co Bayden ABŞ-ın İraqa dair götürdüyü öhdəlikləri bir daha dilə gətirib.

Görüşlər zamanı eləcə də, ABŞ-ın yüksək səviyyəli rəsmisi bundan əvvəl bəzi maneələrə baxmayaraq, F-16 qırıcı təyyarələrinin gələn ilin sonunadək İraqa göndəriləcəyini bildirib. Bu yaxınlarda İraq təyyarələri almaq üçün ilkin 650 milyon dollar ödəyib.
XS
SM
MD
LG