Accessibility links

İraq müharibəsinin dərsləri və ABŞ-ın yeni hərbi strategiyası [Video]


İraq müharibəsi ABŞ strategiyasını dəyişdi
please wait

No media source currently available

0:00 0:02:58 0:00
Bəzi hesabatlarda İraq müharibəsinin iki trilyon dollara başa gəldiyi, 200 minə qədər hərbçi və mülki vətəndaşın öldüyü deyilir. Bu münaqişə Amerika silahlı qüvvələrinin müharibə aparmaq üsulunu əbədi dəyişdi. Bu müharibənin məqsədi aydın idi - Birləşmiş Ştatlar ordusu İraqa Səddam Hüseyn hakimiyyətini devirmək üçün girmişdi. Lakin cəld qələbədən sonra uzun illər sürən bu müharibə ənənəvi xarakterdən büsbütün çıxdı və ABŞ ordusunun gələcəkdə hərbi əməliyyatlarının mahiyyətini formalaşdırdı.

2011-ci ildə Obama administrasiyası İraqdakı səhvləri təkrar etməmək üçün Liviyada rejim dəyikşiliyi ideyasından vaz keçdi. “Rejimi dəyişmək 8 ilə başa gəldi. Bu müharibə minlərlə amerikalı və iraqlının həyatı və 3 trilyon dollar qədər pulun bahasına başa gəldi. Biz bunu təkrar edə bilmərik” - deyə, cənab Obama bildirdi.

ABŞ-ın Səddam Hüseyn hökumətini devirmək və tezliklə qələbə elan etmək imkanı var idi. Lakin Səddamın getməsindən sonra ölkədə baş qaldıran təriqətlərarası müharibə vəziyyəti dəyişdi.

Təhlilçi Cim Tomas: “Hücum məsələnin ən asan tərəfi idi. Ən çətini işğal dövrü oldu. Konvensional qüvvələrə qarşı müharibə aparmaq üçün təlim keçmiş ordumuz qeyri ənənəvi, asimmetrik müharibəyə hazır deyildilər."

Yeni ssenari Pentaqonun funksiyalarında dəyişikliklərə yol açdı. Buraya qurudan hücumlar, üsyançılara qarşı əməliyyatlar, kəşfiyyatın gücləndirilməsi, mədəniyyətlər haqda bilgilər, əldəqayırma partlayıcı qurğuları zərərsizləşdirmək kimi işlər daxil idi.

Lakin Birləşmiş Ştatların bu, yeni müdafiə sistemi çox vaxta və pula başa gəlirdi.

“Biz onu öyrəndik ki, bu növ hərbi müdaxilələr çox baha başa gələcək və yəqin ki, gələcəkdə siyasi liderlər irimiqyasllı stabilləşdirmə əməliyyatları və uzun vaxt tələb edən hərbi kampaniyalara az maraq göstərəcəklər” - deyə, Cim Tomas bildirir.

Birləşmiş Ştatlar cəmiyyətində böyük müharibələrə dair ictimai rəy dəyişdikcə, diqqət pilotsuz təyyarələrə, xüsusi əməliyyat dəstələrinə yönəldilir ki, bunların fəaliyyəti lokal xarakter daşıyır və regional qüdrətlərlə əlaqələndirilir.

Belə görünür ki, geriyə baxdıqda İraq dərsləri müharibənin asan olması barədə 10 il əvvəl mövcud olan təsəvvürləri əhəmiyyətli şəkildə dəyişib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG