Accessibility links

ABŞ və İraq koalisiyanın ölkədəki mövcudluğunun sona çatması üzrə danışıqlara başlayacaq


Birləşmiş Ştatlar və İraq İsrail-HƏMAS müharibəsinə görə dalana dirənmiş prosesi davam etdirərək, İraqda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyaya son qoymaq və ikitərəfli danışıqlara keçidə başlayacaq.

Müdafiə naziri Lloyd Ostin cümə axşamı danışıqların "yaxın günlərdə" başlayacağı ilə bağlı bəyanatla çıxış edib. 2023-cü ilin avqustunda İraq və ABŞ danışıqlara sadiq qaldıqlarını bildirib.

Ostinin dediyinə görə, bu danışıqlar iki ölkə arasında ikitərəfli münasibətlərin İraqın İraq və Suriyada İslam Dövləti-nin məğlubiyyəti kampaniyasının uğuru üzərində qurulmasına imkan verəcək.

"ABŞ hərbçiləri İŞİD-ə qarşı davam edən mübarizədə "Sarsılmaz Qətiyyət" əməliyyatının bir hissəsi olaraq, İraqın təhlükəsizlik qüvvələrinə məsləhət, yardım və dəstək vermək üçün İraqdadır. Birləşmiş Ştatların İraqın suverenliyinə, təhlükəsizliyinə və sabitliyiyi sadiqdir", Ostin bildirib.

Rəsmilər bu keçidin İraq qüvvələrinin İslam Dövləti terror qruplaşmasının dirçəlişinin qarşısını almaq üçün onun qalıqlarına müstəqil şəkildə müqavimət göstərmək imkanlarını uğurla inkişaf etdirdiyi üçün planlaşdırıldığını bildirib.

Rəsmilərin dediyinə görə, 2021-ci ilin dekabrından bəri İraq qüvvələrinin rəhbərlik etdiyi tənzimləmə uğurlu olub. ABŞ-ın hesablamalarına görə, İslam Dövləti-nin İraqda sıraları 1000-dən az döyüşçüyə endirilib.

İraqın müdafiə naziri Sabit Məhəmməd Əl-Abbasi avqust ayında səfəri zamanı tərcüməçi vasitəsilə danışaraq, İraq və ABŞ qüvvələrinin artıq əldə etdiyi "qələbəni qoruyub saxlamağın" çox vacib olduğunu deyib.

Forum

XS
SM
MD
LG