Accessibility links

İsrail-HƏMAS münaqişəsi ictimaiyyət arasında fikir ayrılıqlarına səbəb olub


İsrail-HƏMAS münaqişəsi münaqişə ictimaiyyət arasında fikir ayrılıqlarına səbəb olub
please wait

No media source currently available

0:00 0:03:23 0:00

İsrail-HƏMAS münaqişəsi ictimaiyyət arasında fikir ayrılıqlarına səbəb olub

HƏMAS silahlı qruplaşmasının oktyabrın 7-də mülki şəxslərə qarşı amansız hücumu nəticəsində 1400-ə yaxın israillinin həlak olmasından sonra İsrailin Qəzzaya qurudan hücumu minlərlə fələstinlinin ölümünə səbəb olub. İsrail bu kiçik, izdihamlı ərazidə hücumlarını davam etdirərkən, Vaşinqton, Moskva, Tehran və Ankara rəsmiləri buna münasibət bildirməyə başlayıb.

Ağ Ev İsrailin HƏMAS-ın oktyabrın 7-si hücumuna cavab olaraq anklavda qurudan hücumunu davam etdirdiyi bir vaxt Qəzzaya humanitar yardımın məhdud axınını və telekommunikasiyanın bərpasını alqışladığını bildirib.

Bayden administrasiyası eləcə də, silahlı qruplaşmalara bu döyüşə qatılmamaları barədə xəbərdarlığını təkrarlayır. Con Kirbi: "Bu münaqişədən istifadə etmək istəyən hər bir oyunçuya mesajımız budur: Bunu etməyin. Və hamınızın bildiyi kimi, biz bölgədə qüvvələrimizin mövqelərini gücləndirmişik. Biz buraya cəlb olunmaq istəyən hər hansı bir oyunçunun bölgədəki milli təhlükəsizlik maraqlarımızı və İraq və Suriyada İŞİD-lə mübarizə aparan qüvvələrimizi qorumaq öhdəliyimizi çox ciddiyə alacağımızı bilməsinə əmin olmaq üçün daim izləyirik."

Lakin bu münaqişə ictimaiyyət arasında fikir ayrılıqlarına səbəb olub. Həftə sonu yüzlərlə insan Rusiyada Dağıstanda hava limanına hücum edərək, Tel-Əvivdən təyyarənin gəlişi ilə bağlı antisemitizm xarakterli şüarlar səsləndirib.

Rusiya prezidenti baş verənlərə görə xaricdən müdaxiləni günahlandırıb. Kirbi bunu "klassik rus ritorikası" kimi rədd edib. Rusiya prezidenti Vladimir Putin: "Dünən gecə Mahaçqalada baş verən hadisələr, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlananlar özəlliklə Ukrayna ərazisindən Qərb kəşfiyyat xidmətlərinin agentləri tərəfindən ruhlandırılıb".

Türkiyə prezidenti isə ABŞ-ın HƏMAS-ı terror qruplaşması kimi təsnif etməsi ilə razılaşmayıb və başqalarını günahlandırıb. "Qəzzada törədilən qırğına görə ən böyük məsuliyyət Qərbin üzərinə düşür".

İran rəsmiləri də fikir bildiriblər. İranın xarici işlər naziri keçən həftə Birləşmiş Millətlər Təşkilatında öz fikirlərini bildirmək üçün tribunaya çıxıb. İranlılar küçələrdə etiraz aksiyası keçirib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan: "Üç həftədir ki, işğalçı İsrail rejiminin Qəzzada və Fələstinin İordan çayının qərb sahilində törətdiyi müharibə cinayətlərinin və soyqırımlarının şahidi oluruq. Birləşmiş Ştatlar və bir sıra Avropa ölkələri BMT Nizamnaməsinə və beynəlxalq hüquqa riayət etmədən işğalçı İsrail rejiminin tərəfində oldu".

Kirbi Ağ Ev fikir ayrılığı ilə ixtilaf arasında incə bir xətt olduğuna inandığını və administrasiyanın anti-semitizm çıxışlarına qarşı sayıqlıq göstərdiyini deyib. "Biz hətta bizim razılaşmadığımız ideyalar olsa belə, dinc etiraz hüququna inanırıq. Lakin biz dünən Dağıstanda baş verdiyi kimi, dinc etirazların zorakılığa çevrilməsini və ya təhlükəli hal almasını istəmirik. Buna görə də bu, narahatlıq doğurur və biz müttəfiqlərimiz və tərəfdaşlarımızla bu barədə danışmağa davam edəcəyik".

Lakin bu, həm də son həftələr ABŞ şəhərlərində və universitetlərində çoxu fələstinliləri dəstəkləyən və İsraili tənqid edən etirazların artması ilə Ağ Evin ölkədə getdikcə daha çox üzləşdiyi bir vəziyyətdir.

Forum

XS
SM
MD
LG