Accessibility links

ABŞ İsrailin İran tərəfindən "hücum təhlükəsi" altında olduğunu, regional gərginliyi azaltmağa ehtiyac duyulduğunu bildirir


Birləşmiş Ştatlar bazar ertəsi Livanda Hizbullah İsrailin yüksək səviyyəli Hizbullah komandirini öldürməsinə cavab olaraq, həftə sonu İsraili yüzlərlə raket və dronlarla hədəfə aldıqdan bir neçə gün sonra İsrailin İran və onun müvəkkilləri tərəfindən hücum təhlükəsi altında olduğunu bildirib.

"Sizin diqqətinizi İran liderləri və digərləri tərəfindən edilən bəzi ictimai şərhlərə yönəltmək istərdim. Biz hələ də hesab edirik ki, İsrailə hücum təhlükəsi mövcuddur və lazım gəldikdə İsrailin müdafiəsi, eləcə də hücuma məruz qaldıqda qüvvələrimizi qorumaq üçün yaxşı mövqedəyik" - deyə, Pentaqonun sözçüsü, general-mayor Pat Rayder jurnalistlərə bildirib.

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general CQ Braun bazar ertəsi Tel-Əvivdə İsrailin müdafiə naziri Yoav Qallant və Baş Qərargah rəisi general Herzi Halevi ilə görüşərək, həm Hizbullah ilə bağlı vəziyyəti, həm də Qəzza zolağında döyüş meydanında baş verənləri müzakirə edib.

"Liderlər ABŞ-İsrail strateji tərəfdaşlığının əhəmiyyətini bir daha təsdiqləyib, eyni zamanda İsrail-Livan sərhədi boyunca ən son döyüşləri və daha geniş münaqişənin qarşısını almaq üçün gərginliyin azaldılmasının vacibliyini müzakirə edib" - deyə, Birləşmiş Qərargahının sözçüsü, Hərbi Dəniz Qüvvələrinin kapitanı Cereal Dorsi bəyanatında bildirib.

Hizbullah tərəfindən komandirlərindən birinin öldürülməsinə cavab veriləcəyinə dair vədinə əlavə olaraq, İran Tehranda HƏMAS-ın yüksək rütbəli rəsmisinin öldürülməsinə cavab verəcəyin söz verib.

Reuters xəbər agentliyinə danışan Braun deyib ki, İran "bir mesaj verərək nəsə etmək istədiyir, lakin fikrimcə, onlar da daha geniş münaqişəyə səbəb olacaq bir şey etmək istəmirlər".

Bölgədə münaqişənin genişlənməsi riskinin azalıb-azalmaması ilə bağlı sualının cavabında Braun "bəli, müəyyən dərəcədə" deyib.

"İki şey baş verə bilərdi. Bunlardan biri artıq baş verib. İndi hər şey ikincinin necə baş verəcəyindən asılıdır" - deyə, Braun bildirib.

Bazar ertəsi İranın Xarici İşlər Nazirliyi bildirib ki, xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarına İranın cavabının "qaçılmaz, dəqiq və hesablanmış olacağını" və İranın gərginliyi artırmağa çalışmadığını deyib.

İran HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsində İsraili günahlandırır. İsrail isə bunda əli olduğunu nə təsdiq, nə də təkzib edir.

Qəzzada müharibə 2023-cü ilin oktyabrında ABŞ-ın terror qruplaşması kimi tanıdığı HƏMAS-ın İsrailin cənubuna 1200-ə yaxın insanın ölümü və 250-yə yaxın insanın girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava hücumları və quruda döyüşləri nəticəsində 40 min 400-dən çox fələstinli ölüb. Nazirlik öz hesablamalarında döyüşçülərlə mülki əhali arasında fərq qoymur.

Forum

XS
SM
MD
LG