Accessibility links

ABŞ hakimi cinsi istismar işində Trampın iddiasını rədd edib


Bazar ertəsi Nyu Yorkda federal hakim Donald Trampın jurnalın keçmiş köşə yazarının ona qarşı cinsi zorakılıqla bağlı işdə qalib gəlməsindən sonra ona böhtan atıldığına dair iddiasını rədd edib.

Sabiq prezident may ayında 1990-cı illərdə Nyu-York univermağında E. Cin Kerola qarşı təcavüz deyil, cinsi zorakılıq törətməyə görə günahkar tanınıb.

Tramp mülki məhkəmə qərarına baxmayaraq, 79 yaşlı Elle jurnalının keçmiş köşə yazarının ABŞ mediasına ona təcavüz etdiyini söyləməyə davam edərək ona böhtan atdığı iddiası ilə iyun ayında öz iddiasını qaldıraraq vəziyyəti dəyişməyə çalışıb.

Lakin bazar ertəsi qərarında hakim Lyuis Kaplan Kerolun Trampın ona təcavüz etdiyinə dair ifadələrinin “əsaslı şəkildə doğru olduğunu” açıqlayıb.

Mülki məhkəmədən sonra Trampın Kerrolla 5 milyon dollar ödəməli olduğu hökmü verilib.

O, ittihamları rədd edir və hökmdən apellyasiya şikayətini verib.

Mülki məhkəmə hökmündən bir gün sonra Tramp CNN telekanalında onu “anormal” adlandırdıqdan sonra Kerol yeni təzminat tələb edib.

Forum

XS
SM
MD
LG