Accessibility links

ABŞ konqresmeni Elayca Kammings vəfat edib


Birləşmiş Ştatlar konqresmeni, 68 yaşlı Elayca Kamminqs cümə axşamı səhər tezdən Con Hopkins xəstəxanasında vəfat edib.

Məhsul tədarükçüsünün oğlu olan Elayca Kamminqs Birləşmiş Ştatlarda nüfuzlu bir siyasətçiyə çevrilib.

O, Nümayəndələr Palatasında Prezident Donald Trampı araşdıran heyətin sədri idi və Baltimor şəhərinin qaradərililərin çoxluq təşkil etdiyi böyük bir hissəsindəki yoxsulluğunu təbliğ edirdi.

Nümayəndələr Palatasının Nəzarət və İslahatlar Komitəsinin sədri olan Kamminqs prezidentin Ağ Evdəki siyası fəaliyyəti və ailə üzvlərinin 2019-cu ildəkı fəaliyyətləri ilə bağlı bir sıra araşdırmalara rəhbərlik edib.

Trampın Demokrat Kamminqsin bölgəsini "heç bir insanın yaşamaq istəmədiyi" "gəmiricilərlə yoluxmuş bir xarabalıq" adlandırmasına dair şərhi onun qaradərili demokrat konqres üzvünü "dərhal ölkəni tərk edib, korrupsiyalaşmış vətəninə dönməsinə" dair çağırışından bir neçə həftə sonra səslənib.

O zaman Kamminqs hökumət rəsmilərinin millət arasında ayrı-seçkiliyə səbəb olan və nifrəti artıran şərhlərinə son qoymalı, silahlı hücumlar və ağdərililərin üstünlüyü də daxil olmaqla, ölkədəki problemləri həll etməli olduğunu demişdi.

Karyerasına Merilend ştatında başlayan Kamminqs konqresmen səviyyəsinə yüksəlməzdən əvvəl 1996-cı ildə Nümayəndələr Palatasında yer alıb.

XS
SM
MD
LG