Birləşmiş Ştatlar şənbə erkən saatlarda Yəməndə husilərin hədəflərinə qarşı əlavə zərbələr endirib. Rəmsilər cümə axşamı hava hücumlarının ilkin raundu zamanı dəymiş ziyanla kifayətlənmədiklərini bildiriblər.
ABŞ-ın Mərkəzi Komandanlığı əlavə zərbələri idarə olunan raket esminesi olan USS Carney-dən endirdiyini və dəniz nəqliyyatı üçün davamlı təhlükə yaratdığını söylədiyi bir radar obyektini sıradan çıxarmaq üçün bir neçə Tomahawk quru hücum raketləri atdığını bildirib.
Zərbə, ABŞ və Britaniya ordularının husilərin Qırmızı dəniz və Ədən körfəzindən tranzit keçən gəmiləri zədələyən və yük daşımlarda fasiələrə səbəb olan həftələrdir davam edən hücumlarına cavab olaraq Yəməndə husi mövqelərinə onlarla zərbə endirməsindən bir gündən bir qədər sonraya təsadüf edir.
ABŞ ordusunun rəsmiləri husi militantlarının cümə günü erkən saatlarda gəmi əleyhinə ballistik raket atdığını təsdiqləyib, amma onlar heç bir gəmiyə tuş gəlməyib.
Cümə günü ABŞ və Britaniya rəsmiləri cümə axşamı iki zərbə dalğası kimi təsvir edilən ilkin zərbələrin uğurlu olduğuna dair nikbinliyini ifadə ediblər.
ABŞ-ın müdafiə rəsmisi cümə günü Amerikanın Səsinə bildirib ki, ilkin dəyərləndirmə onu göstərir ki, cümə axşamı edilən ilk dəqiq zərbə dalğası husilərin əlavə hücumlar etmək imkanlarını azaldıb.
Əməliyyatın təfərrüatlarını paylaşa bilmək üçün adının anonim qalması şərtilə danışan rəsmi deyib ki, zərbələrlə bağlı daha əhatəli qiymətləndirilmə hələ də davam edir. Ancaq bu əhval-ruhiyyə, husilərin imkanlarına dəyən ziyanı "əhəmiyyətli" kimi xarakterizə edən yüksək rütbəli ABŞ rəsmilərinin digər erkən qiymətləndirmələrini əks etdirir.
Birgə Qərargahlar Rəisinin direktoru general-leytenant Duqlas Sims cümə günü jurnalistlərə deyib ki, “sursatlarımızın haranı vurduğuna çox əminik. Ancaq bu anda tam döyüşün zərərinin tam miqyasını bilmirik.”
ABŞ-ın Mərkəzi Komandanlığı cümə axşamı bildirib ki, ABŞ-ın döyüş təyyarələri, dəniz gəmiləri və sualtı qayıqları Yəmənin husilərin nəzarətində olan hissələrindəki 16 nöqtəsində komanda və idarəetmə qovşaqları, sursat anbarları, atış sistemləri və istehsal müəssisələri də daxil olmaqla 60-dan çox hədəfi vurub.
Ancaq Sims cümə günü deyib ki, ABŞ və Britaniya ilkin zərbələrdən 30-60 dəqiqə sonra əlavə 12 məkana ikinci zərbə dalğas endirib.
ABŞ rəsmiləri deyib ki, ümumilikdə husilərin hədəflərinə 150-dən çox dəqiq idarə olunan döyüş sursatı, o cümlədən Tomahawk raketləri atılıb.
Ən azı üç ABŞ idarəolunan raket kreyseri və esminesi (USS Gravely, USS Philippine Sea və USS Mason) Ohayo sinifli sualtı qayıq, USS Dwight D. Eisenhower təyyarədaşıyan döyüş təyyarələri və ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri.
Britaniya Müdafiə Nazirliyinin cümə günü yaydığı ayrı bir bəyanatda bildirilib ki, onun dörd Tayfun döyüş təyyarəsi yanacaqdoldurma tankerinin müşayiəti ilə iki yeri - Yəmənin şimal-qərbindəki Banidəki dron buraxılış sahəsi və Abbsda Qırmızı dənizdə gəmilərə qanadlı raketlər və dronlar atmaq üçün istifadə edilən aerodromu - vurmaq üçün lazerlə idarə olunan bombalardan istifadə edib.
“İlkin əlamətlər onu göstərir ki, husilərin ticarət gəmilərini təhdid etmək qabiliyyətinə zərbə vurulub,” nazirlik bildirib.
Zərbələrlə bağlı nikbin qiymətləndirmələrə baxmayaraq, ABŞ rəsmiləri husilərin qisas alacağına inandıqlarını bildiriblər.
Forum