Accessibility links

ABŞ qanunvericiləri Kyivə səfər edərək Zelenski ilə görüşüblər


Ukrayna Prezidenti Volodimir Zelenski (sağdan üçüncü) və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi (soldan üçüncü) Kyivdə görüş zamanı danışıqlar aparırlar, 30 aprel 2022-ci il.
Ukrayna Prezidenti Volodimir Zelenski (sağdan üçüncü) və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi (soldan üçüncü) Kyivdə görüş zamanı danışıqlar aparırlar, 30 aprel 2022-ci il.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və dörd demokrat konqresmen şənbə günü Kyivə səfər edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Danışıqların üç saat davam etdiyi bildirilir.

Pelosi fevralın 24-də Rusiyanın hərbi müdaxiləsi başladığı vaxtdan ölkəyə səfər edən ən yüksək səviyyəli ABŞ rəsmisidir.

Nensi Pelosi Konqresin nümayəndə heyətinin Ukrayna prezidenti Volodimir Zelenski ilə Kyivdə görüşü zamanı çəkilən videonu Twitter səhifəsində yayımlayıb.

Spiker Pelosi Zelenskiyə səfərin Ukraynaya azadlıq uğrunda apardığı mübarizəyə görə təşəkkür etmək məqsədi daşıdığını və ABŞ-ın öhdəliyinin müharibə bitənə qədər Ukraynanın yanında olmaqdan ibarət olduğunu deyib.

“Biz inanırıq ki, sizə azadlıq uğrunda mübarizənizə görə təşəkkür etmək üçün səfər etmişik”, Pelosi Zelenskiyə deyib.

“Biz azadlıq sərhədindəyik və sizin mübarizəniz hamı üçün aparılan mübarizədir. Bizim öhdəliyimiz mübarizə bitənə qədər sizin yanınızda olmaqdır”, o əlavə edib.

Pelosi ilə birlikdə Kaliforniya ştatından konqresmen Adam Şiff, Massaçusets ştatının nümayəndəsi Cim MakQovern, Nyu Yorkdan Qreqori Miks və Kolorado ştatından konqresmen Ceyson Krou Kyivə səfər edib.

Kyivi tərk edəndən sonra Polşada olan Pelosinin bildirdiyinə görə, o, Zelenskiyə “biz bu mübarizədə qələbəyə qədər sizinlə olacağıq” kimi söz verib.

Ukrayna hərbi qüvvələrinin bildirdiyinə görə, Rusiyanın şənbə günü Odessa hava limanına endirdiyi raket zərbəsi uçuş-enmə zolağına zərər vuraraq onu yararsız hala salıb.

Şahidlərdən biri CNN tele kanalına şəhər üzərində azı bir döyüş təyyarəsini gördüyünü bildirib.

Partlayışların şəhər boyu hava hücumu sirenaları səsləndikdən dərhal sonra eşidildiyi haqda məlumat verilib.

CNN tele kanalının verdiyi məlumata görə, şənbə günü Ukraynanın Mariupol şəhərində mühasirədə olan polad zavodunun ətrafındakı ərazidən 46 mülki şəxs təxliyə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG