Accessibility links

CENTCOM: ABŞ-ın rəhbərlik etdiyi koalisiya yəmənli üsyançıların 15 dronunu vurub


Yemen
Yemen

ABŞ ordusu bildirib ki, Birləşmiş Ştatlar və müttəfiq qüvvələr şənbə günü Qırmızı dəniz və Ədən körfəzində İranın dəstəklədiyi yəmənli üsyançılar tərəfindən atılan 15 tək-tərəfli hücum dronunu vurub.

Bundan qısa bir müddət sonra üsyançılar hücumun məsuliyyətini üzərinə götürərək bildirib ki, onlar “Qırmızı dəniz və Ədən körfəzində Amerikanın yük gəmisinə raketlər, ABŞ-ın döyüş gəmilərinə dronlar” atıblar.

Bu, husilər İsrailin Qəzza zolağında İranın dəstəklədiyi HƏMAS miltantlarına qarşı müharibəsində fələstinlilərlə həmrəylik əlaməti olaraq noyabr ayında dünya ticarəti üçün mühüm olan Qırmızı dəniz ərazisində gəmilərə qarşı dron və raket kampaniyasına başlayandan bəri, ən böyük hücumlardan biridi.

ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, husilərin genişmiqyaslı hücumu səhər tezdən Qırmızı dəniz və yaxınlıqdakı Ədən körfəzində baş verib.

CENTCOM və koalisiya qüvvələri dronların “bölgədə ticarət gəmiləri, ABŞ Hərbi Dəniz Qüvvələri və koalisiya gəmilərinə qaçılmaz təhlükə yaratdığını” müəyyən edib.

CENTCOM, X sosial media platformasında əlavə edib ki, “ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və təyyarələri, habelə çox sayda koalisiya donanmasının gəmiləri və təyyarələri 15 pilotsuz təyyarəni vurub.”

“Bu addımlar naviqasiya azadlığını qorumaq və beynəlxalq suları daha təhlükəsiz etmək üçün atılır.”

Husilərin hərbi sözçüsü Yəhya Sari də X-də üsyançıların iki ayrı əməliyyat keçirdiklərini bildirib.

O deyib ki, onlar ilk Ədən körfəzində Amerikanın adlandırdığı Propel Fortune kommersiya gəmisini hədəf alıb.

Gəmiləri izləyən vebsaytlar onun Sinqapur bayrağı altında üzdüyünü bildirib, amma hazırkı yerini bildirməyib.

Sari bildirib ki, ikinci əmləiyyat zamanı “Amerikanın bir sıra” döyüş gəmilərinə “37 dron” atılıb.

Forum

XS
SM
MD
LG