Accessibility links

ABŞ-da yarım milyard dollarlıq lotereya biletləri uduşa düşüb


Amerikada rekord 640 milyard dollarlıq uduşa düşən üç lotereya biletinin satıldığı bildirilir.

Meqa Milyon lotereyası rəsmilərinin bildirdiyinə görə, uduşa düşən biletlər Merilend, Kanzas və İllinoys ştatlarında satılıb.

Hər biletin sahibi təxminən 213 milyon dollar alacaq. Hələlik lotereya biletlərinin qaliblərinin kim olduğu və uduşun neçə şəxs arasında bölünəcyi bilinmir.

Xoşbəxt biletlərin sahibləri uduşu iki yolla ala bilərlər: ya məbləği birdəfəlik, ya da onu bir neçə il ərzində almaq. Lotereya sahibləri həmçinin federal və ştat vergilərini ödəməlidir.

Super prizi qazanmaq istəyən insanlar ABŞ-ın bir çox yerlərində mağazaların qarşısında loteriya biletləri almaq üçün uzun növbələr yaratmışdır.

Mega Milyon lotereyası ABŞ-ın 50 ştatından 42-də fəaliyyət göstərir. Lotereyanı udmaq şansları 176 milyondan 1 kimi idi. Lakin bu, lotereya azarkeşlərinin bir gün milyonçu olmaq arzusunun qarşısını ala bilməmişdir.

XS
SM
MD
LG