Accessibility links

Mark Curkovits: `Amerikada media müstəqil baxışların təmsilçisidir`


Mark Curkovistlə müsahibə
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Mark Curkovistlə müsahibə

Sevda Əliyeva: ABŞ-da mətbuatın rolu nə dərəcədə əhəmiyyətlidir?

Mark Curkovits: Olduqca mühümdür, xüsusilə prezident seçkiləri kimi proseslerdə. Amerikada media istər biznes, istər hökumət məsələləri olsun, ölkənin istənilən mənbəyinə müstəqil baxışların təmsilçisidir. İnsanlar mətbuata etibar edir. Rəqəmsal inkişaflar medianın formatını dəyişib. İndi bizdə vətəndaş mediası yaranıb. Twitter Facebook, bloqlar və mobil telefonlarla insanlar məlumat mübadiləsi edir. İnsanlar xəbərlərin yayılmasında indi yaxından iştirak edir. Bir zamanlar bu, yalnız peşəkar jurnalizmə məxsus idi.

Sevda Əliyeva: Amerikada media kimə məxsusdur və mətbuat nə dərəcədə çoxşaxəlidir?

Mark Curkovits: Bir neçə il bundan əvvəl ölkədə belə bir narahatlıq hökm sürürdü ki, mətbuat bir qrup qüdrətli bizneslərin əlindədir. İndi vəziyyət dəyişib. Amerikada mətbuat özəldir. Hökumətə məxsus deyil. Mətbuat orqanlarına əsasən özəl şirkətlər və ya fərdlər sahiblik edir.

Sevda Əliyeva: Amerikalılar seçkilər barədə məlumat əldə etmək üçün daha çox hansı mətbuat xidmətindən istifadə edir?

Mark Curkovits: Mətbuatın demək olar ki, bütün növlərindən. Bir vaxtlar qəzetlər dominantlıq edirdi, ABŞ-da milli mətbuat olmadığı üçün, qəzetlər əsasən yerli olur. Televiziyalar geniş auditoriyaya malik idi. Lakin artıq belə deyil. İnsanlar müxtəlif mətbuat növünə müraciət edir. Əlbəttə televiziya əsas mənbə olaraq alır. Qəzetlər və radio da həmçinin. Onlayn xidmətlərinin əhəmiyyəti artır.

Sevda Əliyeva: Media seçkilər öncəsi əsasən nə kimi informasiyanı önə çəkir?

Mark Curkovits: Bir həftə əvvəl biz bu haqda hesabat hazırlamışıq. Bilmək istərdik ki, mətbuat Obama və ya Romni barədə nə kimi məlumat yayır. Biz belə bir qənaətə gəldik ki, hər ikisi barədə də əsasan neqativ məlumata üstünlük verilir. Obama barədə mətbuat bizə onun iqtisadi siyasətindən xəbər verir. Əsas mesaj prezidentin bu sahədəki nailiyyətisizliyidir. Mitt Romni barədə isə onun zənginliyi, sərvəti, əlçatmaz olduğu, adi insanları dərk etməməsi, sahibi olduğu şirkətlərin insanları işlə təmin etdiyi deyil, investorları cəlb etmək mahiyyəti daşıdığı barədə neqativ məlumat yayılır. Biz daha bir neqativ hal aşkar etdik. Bu da jurnalistlərin namizədlər barədə müstəqil araşdırmalara deyil, seçki kampaniyalarının mesajlarına yer verdiklərini müəyyən etdik.
XS
SM
MD
LG