Accessibility links

Meksika prezidenti ABŞ qanunvericilərini hücum silahlarına qadağa tətbiq etməyə çağırıb


Prezident Kalderon deyib ki, ABŞ-da hücum silahlarına dair qadağanın 2004-cü ildə müddətinin bitməsindən sonra Meksikada zorakılıqlar artmağa başlayıb

Meksika prezidenti Felipe Kalderon ABŞ qanunvericilərini Birləşmş Ştatlardan silahların Meksikada narkotik alverçilərinin əlinə düşməsinin qarşısını almaq üçün hücum silahlarına dair qadağa qəbul etməyə çağırıb.Cənab Kalderon bu çağırışı ABŞ Konqresinin birgə iclasında çıxışı zamanı edib.

Onun sözlərinə görə, Meksikada son üç ildə müsadirə edilmiş silahların 80 faizi ölkəyə Birləşmiş Ştatlardan gətirilib. Prezident Kalderon deyib ki, ABŞ-da hücum silahlarına dair qadağanın 2004-cü ildə müddətinin bitməsindən sonra Meksikada zorakılıqlar artmağa başlayıb. O bildirib ki, cinayətkarlar əldə etdikləri silahlarla Meksika rəsmilərinə meydan oxuyub mülki əhalini hədəf alıblar.

XS
SM
MD
LG