Accessibility links

ABŞ Konqresinə kimin nəzarət edəcəyi hələ ki, bəlli deyil


ABŞ Konqresinə kimin nəzarət edəcəyi hələ ki, bəlli deyil
please wait

No media source currently available

0:00 0:03:03 0:00

ABŞ Konqresinə kimin nəzarət edəcəyi hələ ki, bəlli deyil

Çərşənbə gününə olan ən son məlumatlara görə, ABŞ Konqresinə kimin nəzarət etdiyi hələ ki, bəlli deyil, çünki ölkə boyu Senat və Nümayəndələr Palatasındakı bir neçə yer uğrunda səsvermənin nəticələri hələ də hesablanmağa davam edir. Respublikaçıların bəzi gözlənilən qələbələri olmadığı üçün, Demokratlar cüzi fərqlə nəzarəti əllərində qoruyub saxlaya bilərlər.

ABŞ Prezidenti Co Bayden hələ də növbəti iki ildə Demokratların nəzarət etdiyi Koqreslə işləyə bilib-bilməyəcəyini bilmir, amma indidən qələbə çaldığını iddia edir.

“Mətbuat və ekspertlər qırmızı dalğanın olacağını proqnozlaşdırsa da, bu baş vermədi,” o deyib.

Tarixən ara seçkilərdə ABŞ prezidentlərinin partiyaları böyük itkilər verib.

Ancaq Demokratlar Vaşinqton şəhəri ətrafındakı Virciniya ştatının şəhərlərində yenidən qələbə çalaraq, Respublikaçıların ABŞ Nümayəndələr Palatasında əhəmiyyətli üstünlük əldə etmələrinin qarşısını alıblar. Respublikaçı nümayəndə Kevin Makkarti isə böyük ehtimalla Nümayəndələr Palatasının növbəti spikeri olacaq.

“Respublikaçıların bizə amerikalıların tələb etdiyi bu yeni istiqamətdə işlər görmək üçün bizə qoşulmaq istəyən hər kəslə işləyəcək,” o deyib.

Ancaq təhlilçilər deyir ki, onun acendası Trampın dəstəklədiyi Konqres üzvlərini idarə etməklə məhdud olacaq.

Kevin Makkartinin birliyi qoruyub saxlaması çətin olacaq, çünki belə görünür ki, onlar cüzi fərqlə üstünlüyə sahib olacaqlar. Hər hansı bir şəraitdə həmin kokusda birliyi qorumaq əsl bacarıq tələb edir.

Bununla yanaşı ölkə boyu Senat uğrunda mübarizələrdə gözlənilməyən bir-birinə yaxın nəticələr olub. Pensilvaniya ştatında Con Fetterman Respublikaçı namizəd Dr. Mehmet Özə qalib gələrək, Demokratların Senatda üstünlüyü qorumaq ehtimalını artırıb.

“Qadının seçim hüququnu qorumaq, minimum əmək haqqını artırmaq, həmkarlar ittifqları üçün mübarizə aparmaq. Səhiyyə xidmətinə çıxış əsas insan hüququdur,” Fetterman deyib.

Analitiklər deyir ki, Demokratlar sadəcə olaraq vitse-Prezident Kamala Harrisin səsi ilə üstünlük təşkil etsələr onların prioritetləri Konqresdən keçirməsi çətin olacaq

“Məsələ ondadır ki, insanların bu namizədlərə etibar etdikləri və onların seçki kampaniyası zaman vəd etdikləri məsələlərin bəziləri öz əksini tapmayacaq,” Emi Deysi deyir.

Corciya ştatında seçicilər iki ildə ikinci dəfədir ki, ABŞ Senatına kimin nəzarət edəcəyini müəyyən edə bilərlər. Orada Demokrat Senator Rafael Uornok ilə Respublikaçı namizəd Herşel Uolekr arasında xüsusi ikinci raiynd seçki keçiriləcək. Corciyada bəzi seçicilər isə deyir ki, heç bir partiyaya mandat verməmək vacibdir.

“Düşünürəm ki, biz orta yol tapmalıyıq. Biz çox sola, çox xüsusi maraqlara doğru yönəlmişik,” corciyalı seçisi Betsi Nenek deyir.

Onlar həmçinin hakimiyyətin bir partiyadan digərinə öterməyin bədəllərindən də xəbədardırlar.

“Elə hiss olunur ki, nə isə yaxşı bir şey baş verdiyində, biz dəyişiklik edirik və əks istiqamətə doğru gedirik. Və uzun müddətdir ki, bir irəli, bir geri gedirik. Amma demokratiya elə budur,” Corciya ştatında seçici Hezer Paker bildirib.

Seçkinin aqibəti dekabrın 6-da, seçicilər Uornok ilə Uolker arasında seçim etdiyi zamandan sonra bəlli ola bilər.

XS
SM
MD
LG