Accessibility links

Prezident Obama dua və dəyərlərin əhəmiyyətindən danışıb


Prezident Obama dua və dəyərlərin əhəmiyyətindən danışıb
Prezident Obama dua və dəyərlərin əhəmiyyətindən danışıb

ABŞ prezidenti Barak Obama və Amerikanın birinci xanımı Mişel Obama Vaşinqtonda hər il keçirilən səhər yeməyi zamanı dua mərasimində iştirak ediblər.

Toplaşanlar qarşısında çıxış edən prezident Obama dini etiqaından asılı olmayaraq, tanrının insanların həyatında oynadığı roldan danışıb. O deyib ki, insanlar yaradana qulaq asmaq və süni dindarlıqdan uzaq olmaqdan bəhrələnə bilər. “Bu, ölkənin hazırda çətinliklərlə qarşılaşdığı və iqtisadiyyatın on illər ərzində ən ağır böhrandan çıxmağa başladığı bir dövrdə xüsusilə böyük əhəmiyyət daşıyır”-deyə prezident Obama bildirib.

Cənab Obamanın sözlərinə görə, dua edən zaman inam və dəyərlərin Birləşmiş Ştatların qarşılaşdığı ən çətin probləmlərin bəzi hissəsinin həllində oynadığı rol haqda düşünür. O deyib ki, insanlar dəyərləri itirsə, o zaman ABŞ-ı əsrlər boyu qoruyub saxlayan birləşdirici tellər qırıla bilər. “Dua etmək bizi tələsik qərarlar verməkdən saxlayır və bizi təmkinə çağırır. Bu tutduğumuz vəzifə və daşıdığımız addan asılı olmayaraq, bizə üzərimizə düşən məsuliyyəti və nə qədər qeyri-mükəmməl olduğumuzu xatırladır” –deyə prezident Obama əlavə edib.

ABŞ-ın vitse-prezidenti Co Bayden, Amerika qanunvericiləri və başqa qonaqlar səhər yeməyi zamanı dua mərasimində iştirak ediblər. Səhər yeməyi zamanı dua mərasimi Senat və Nümayəndələr Patalasının üzvləri tərəfindən keçirilir. Qanunvericilər hər həftə Kapitoliyada dua mərasiminə toplaşır.

1953-cü ildən başlayaraq Amerikanın bütün prezidentləri mərasimdə iştirak edir. Dua mərasiminə xarici ölkələrin yüksək səviyyəli rəsmiləri və məşhur sənət adamları kimi qonaqlar dəvət edilir. Tereza Ana, Britaniyanın keçmiş Baş naziri Toni Bleyer və musiqiçi Bono səhər yeməyi zamanı dua mərasiminin iştirakçıları olub.

XS
SM
MD
LG