Birləşmiş Ştatlar ölkədə mövcud nüvə reaktorlarının fəaliyyət göstərməsi üçün yeni lisenziyar verməyə davam edəcək. ABŞ-ın Nüvə Əməliyyatlarına Nəzarət Komissiyasının başçısı Bil Borçart deyib ki, Yaponiyada nüvə böhran bu prosesi dayandırmayacaq. Bu gün ABŞ Senatının Energetika komitəsi qarşısında çıxış edən Borçard bildirib ki, ölkədə 104 nüvə elektrik stansiyasının yarısından çoxu hazırda lisenziyalarl yeniləşdirir. Onun sözlərinə görə, bu prosesin ləngiyə bilməsi üçün heç bir texniki səbəb göstərilməyib. Borçart həmçinin Yaponiyanın Fukişima atom elektrik stansiyasında radiasiya Birləşmiş Ştatlarda insanlar üçün təhlükə təşkil etmir.