Accessibility links

ABŞ İŞİD-K lideri və Kabil hava limanına hücumla bağlı məlumat üçün mükafat təklif edir


Birləşmiş Ştatlar bazar ertəsi İŞİK-K lideri Sanaullah Qafarinin kimliyini və ya yerini müəyyən edəcək və 2021-ci ilin avqustunda Kabil hava limanına ölümcül hücuma görə məsuliyyət daşıyanların həbsinə gətirib çıxaracaq məlumat üçün 10 milyon dollara qədər mükafar təklif etdiyini bildirib.

İslam Dövləti-Xorasan Vilayəti, və ya İŞİD-K İslam Dövlətinin regional qoludur. Qrup ilk dəfə 2014-cü ildə üzə çıxıb və ona regionun köhnə adı verilib. Qrup həm Talibana həm də avqust ayında devrilən Qərbin dəstəklədiyi hökumətə qarşı döyüşüb.

Qafari 2020-ci ilin avqustunda ekstremist qrup tərəfindən İŞİD-K-nı idarə etməyə təyin olunub. ABŞ Dövlət Departamenti bildirir ki, Qafari İŞİD-K-nın Əfqanıstan boyu bütün əməliyyatların təsdiqinə və əməliyyatlar aparmaq üçün maliyyənin təşkilinə görə məsuliyyət danışıyırdı.

Dövlət Departamenti noyabr ayında Qafarini "xüsusi olaraq təyin edilmiş qlobal terrorçu" adlandırıb.

ABŞ orduus cümə günü bildirib ki, İslam Dövləti qrupunun hücumçusunun ötən avqust ayında Kabil hava lmanında 13 ABŞ hərbçisi və azı 170 əfqanı öldürdüyünü bildirib.

Bomba hücumu avqustun 26-da ABŞ qoşunları Talibanın hakmiyyəti ələ keçirməsindən sonra amerikalılar və əfqanlara ölkəni tərk etməyə yardım etməyə çalışdığı bir vaxt baş verib və Amerikanın 20 il davam edən müharibənin sonunda məğlubiyyət hissini daha da dərinləşdirib.

Bu hücum nəticəsində həmçinin Prezident Co Bayden administrasiyası Dövlət Departamentinin ABŞ qoşunlarını riskə atmaq əvəzinə amerikalıları daha öncə evakuasiya edə biləcəyinə dair ittihamlarla üzləşib.

ABŞ rəsmiləri noyabr ayında İŞİD-K-nın növbəti 12 ay ərzində Əfqanıstandan kənara hücum etmək imkanı inkişaf etdirə biləcəyinə inandıqlarını deyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin Tayvanı ilhaqı ilə bağlı hədəsini təkrarlayır
please wait

No media source currently available

0:00 0:11:34 0:00
XS
SM
MD
LG