Accessibility links

BP dənizin dibində sızan nefti boru vasitəsilə çəkməyə çalışır


BP şirkəti bildirir ki, mühəndislər Meksika körfəzində sızan nefti suyun üstündə tankerlərə çəkib doldurmaq üçün iki kilometr uzunluqda borunu ikinci dəfə dənizin dibindəki quyuya salmağa cəhd göstəriblər

BP şirkəti bildirir ki, mühəndislər Meksika körfəzində sızan nefti suyun üstündə tankerlərə çəkib doldurmaq üçün iki kilometr uzunluqda borunu ikinci dəfə dənizin dibindəki quyuya salmağa cəhd göstəriblər.

Mühəndislər borunu aprelin 20-də neftqazma quyusunda partlayışdan sonra körfəzə axan yüz minlərlə litr neftin sızdığı quyuya salmağa çalışırlar.

Boru sızmanın qarşısını almayacaq, lakin nefti suyun üzərində çıxararaq tankerlərə doldurulmasına imkan verəcək.

BP dünən bildirib ki, suyun dibində borunu quyu ilə birləşdirmək cəhdi baş tutmayıb.

Bu arada, Amerika Dənizin dibi tədqiqatlar və texnologiya milli araşdırma institutu körfəzdə suyun dibində çox sayda neft təbəqələrinin aşkar etdiyini bildirərək, axan neftin həcminin əvvəl düşünüldüyndən qat-qat artıq ola biləcəyini qeyd edib.

XS
SM
MD
LG