Accessibility links

ABŞ Müdafiə Naziri COVID-19-a yoluxub


ABŞ Müdafiə Naziri Lloyd Austin
ABŞ Müdafiə Naziri Lloyd Austin

ABŞ Müdafiə Naziri Lloyd Austin bazar günü COVID-19-a yoluxduğunu bildirib. Xatırladaq ki, hazırda ABŞ-da koronavirusun yüksək yoluxucu versiyası olan omikron yayılmaqdadır.

Pentaqon rəhbəri simptomlarının "yumşaq" olduğunu və növbəti beş gün ərzində evdə karantində qalacağını bildirib. Austin tam peyvənd olunduğunu və eləcə də gücləndirici dozanı da vurdurduğunu deyib.

"Peyvəndlər işləyir və işçi qüvvəmiz üçün hərbi tibbi tələb olaraq qalacaq" deyən Austin bildirib. O, əlavə edib: "Mən uyğun olan hər kəsi gücləndirici dozaları vurdurmağa təşviq etməyə davam edirəm".

Austin sonuncu dəfə dekabrın 21-də, simptomlar hiss etməyə başlamazdan çox əvvəl prezident Co baydenlə təmasda olub. Və həmin gün səhər virus üçün verdiyi testin mənfi olduğunu bildirib.

O, bütün səlahiyyətlərinə davam edəcəyini və əsas görüşlər və müzakirələrdə praktiki olaraq "mümkün olan dərəcədə" iştirak edəcəyini deyib.

Hazırda ABŞ-da virusun omikron variantı yayılmağa davam etdiyi bir vaxt Lloyd Austin virusa yoluxan ən yüksək səviyyəli ABŞ rəsmisidir.

Bu yaxınlarda konqresin bir neçə tanınmış üzvü virusa yoluxduqlarını açıqlamışdı. Baydenin mətbuat katibi Cen Psaki də oktyabr ayında COVID-19-a yoluxub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG