Accessibility links

Federal Təhqiqatlar Bürosu ABŞ prezidenti Co Baydenin evində axtarış aparır


Federal Təhqiqatlar Bürosu ABŞ prezidenti Co Baydenin Delaverdəki evində məxfi sənədlərlə bağlı reyd keçirir. Bu barədə məlumatı NBC və CNN xəbər agentlikləri Baydenin vəkilinə istinadən yayıb.

"Bu gün prezidentin tam dəstəyi və əməkdaşlığı ilə Ədliyyə Nazirliyi onun Delaver ştatının Rehobot Biç şəhərindəki sahil evində axtarış aparır" - deyə, vəkil bildirib.

O, bunun standart prosedur olduğunu, lakin Ədliyyə Nazirliyinin "təhlükəsizliyin maraqları" səbəbindən bunu tam açıqlamadığını deyib. Baydenin vəkili təfərrüatları açıqlamayıb.

Federal Təhqiqatlar Bürosu yanvarın 20-də Baydenin Vaşinqtondakı evində də axtarış aparıb. Axtarış təxminən 13 saat çəkib.

CNN-in Baydenin vəkilinə istinadən bildirdiyinə görə, Federal Təhqiqatlar Bürosunun əməkdaşları prezidentin evində Baydenin Senatda işlədiyi işlədiyi və Barak Obamanın prezident olduğu vaxt vitse-prezidenti vəzifəsində işlədiyi dövrə aid 6 məxfi sənəd tapıb. Axtarış zamanı ABŞ prezidenti evdə olmayıb.

Yanvarın əvvəlində Amerika mediası Baydendən Vaşinqtondakı "Penn-Bayden Diplomatiya və Qlobal Münaqişə Mərkəzi"ndəki şəxsi ofisində və Vilminqtondakı evinin qarajında tapılan məxfi sənədlər barədə iki dəfə məlumat yayıb. Qanuna görə dövlət başçısı sənədləri Milli Arxivə təhvil verməli idi.

ABŞ Ədliyyə Nazirliyi Baydenin sənədləri ilə bağlı mümkün qanun pozuntularını araşdırmaq üçün xüsusi prokuror təyin edib. Nazirlik indi tapılan sənədlərin məxfilik səviyyəsini və hələ də məxfi olub-olmadığını müəyyən etmək üçün araşdırma aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG