Accessibility links

ABŞ Rusiya ilə məhbusların dəyişdirilməsini təklif edir


Pol Velan və Britni Qriner
Pol Velan və Britni Qriner

Birləşmiş Ştatlar çərşənbə günü Rusiyaya "əhəmiyyətli təklif" təqdim etdiyini bildirib. Məsələ ilə bağlı məlumatlı olanlar amerikalı peşəkar basketbol ulduzu Britni Qrinerin və cəsusluqda təqsirləndirilən Pol Velanın azadlığa buraxılmasını müqabilində rusiyalı silah alverçisi Viktor Butun Moskvaya geri göndərilməsini nəzərdə tutan məhbus mübadiləsini belə kimi qiymətləndirirlər.

Bu təklif bir neçə həftə öncə, iyun ayında verilib və hər iki hökumətin rəsmiləri bunu müzakirə etsə də, bu günə qədər bir nəticə müşahidə edilməyib. Lakin ABŞ Dövlət katibi Antoni Blinken gözlənilən sazişin təfərrüatlarını müzakirə etməkdən imtina etsə də, Vaşinqtonda jurnalistlərlər söhbətində bildirib ki, o, həmkarı - Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığında bu həftə məsələni yenidən gündəmə gətirməyi nəzərdə tutur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı bildirib ki, məhbusların mübadiləsi ilə bağlı danışıqlar davam etməkdədir və bu ana kimi razılıq əldə olunmayıb.

Mümkün məhbus dəyişdirilməsi xəbəri fevral ayında baqajında tərkibində çətənə yağı olan elektron siqaret qutuları ilə Rusiyaya gəldiyini etiraf edən Qrinerin məhkəmə iclasında verdiyi ifadə zamanı sözlərinin yalnız bir qisminin tərcümə edildiyini bildiriyi gün gəlib.

Narkotik maddələr daşımaqda təqsirli bilinəcəyi təqdirdə 10 ilə qədər həbs cəzası gözlənilən Qriner deyib ki, rəsmilər ona Moskva hava limanında izahat vermədən sənədləri imzalamağı tapşırıblar. Rusiya məhkəməsi onun dekabrın 20-dək saxlanılması qərarı verib.

Keçmiş ABŞ dəniz piyadası olan Velan 2018-ci ildən bəri casusluqda ittiham olunaraq Rusiyada həbsdədir, ailəsi və Qriner onların azadlığa çıxması üçün səyləri sürətləndirmək üçün Ağ Evə müraciət edib.

İllərdir ki, Rusiya bir vaxtlar “Ölüm taciri” adlandırılan silah alverçisi Butun azadlığa buraxılmasını istəyir. O, 2012-ci ildə qanunsuz olaraq milyonlarla dollarlıq silah satmaqda ittiham olunduqdan sonra 25 il həbs cəzasına məhkum edilib.

CNN xəbər verir ki, Ədliyyə Departamentinin mümkün məhbus mübadiləsinə mənfi yanaşmasına baxmayaraq ABŞ prezidenti Co Bayden bu addıma razılıq verib. Ədliyyə Departamenti bu cür məsələlərə tarixən mənfi yanaşır, belə ki, bu hallar gələcəkdə məhbus mübadiləsi üçün xaricdə amerikalıları həbs edilməsinə səbəb ola bilər.

Ağ Evdə Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi ABŞ-ın fevralda Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı dünyanı səfərbər etdiyibir vaxtda Rusiya ilə danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG