Accessibility links

ABŞ prezidenti və birinci xanım müqəddəs Ramazan ayının başlanması münasibətilə xoş arzularını ifadə edib


ABŞ Prezidenti Co Bayden və birinci xanım Cill Bayden çərşənbə günü müqəddəs Ramazan ayının başlanması ilə ABŞ və bütün dünyadakı müsəlmanlara ən xoş arzularını çatdıran mesaj göndərərək, Birləşmiş Ştatların "çətinliklərə və dağıntılara məruz qalan müsəlman icmalarına dəstəyimizi bir daha təsdiqləyirik" deyib.

"Biz son dağıdıcı zəlzələlər zamanı yaxınlarını itirmiş Türkiyə və Suriya xalqının, keçən yay daşqınlarından sonra həyatlarını bərpa edən Pakistan xalqının yanında olmağa davam edəcəyik" , Bayden ailəsi yazılı şəkildə bildirib.

ABŞ prezidenti və həyat yoldaşının bəyanatında, həmçinin deyilib ki, ABŞ və tərəfdaşları Çindəki uyğurlar və Myanmadakı Rohincalar da daxil olmaqla, davamlı zülmlə üzləşən müsəlmanlarla həmrəydir.

"Bu müqəddəs ayda biz yarandığı gündən bəri Amerika hekayəsinin bir hissəsi olan ölkəmizdəki bütün müsəlman icmaları ilə şərəf duyuruq. Elm və texnologiyadan tutmuş, incəsənət, hüquq və tibbə, biznes və hökumətdəki işlərə qədər - müsəlman amerikalılar nəsildən-nəslə ölkəmizin rəngarəng mahiyyətini gücləndirməkdə davam edir" , Baydenlər bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken Ramazan ayının başlanması ilə bağlı açıqlamasında deyib ki, ABŞ-ın bir çox səfirlik və konsulluqları "bu ayın gözəl ənənələrini bölüşmək və ölkədə sosial birlik, inklüzivlik və müxtəlifliyi təşviq etmək, öhdəliklərimizi nümayiş etdirmək üçün iftar süfrələri açacaq."

"Biz müsəlman dünyasının müxtəlif icmaları ilə uzunmüddətli tərəfdaşlığımıza görə dərin minnətdarlığımızı bildirir, həm ölkə daxilində, həm də xaricdə hamı üçün dini azadlığın təşviqinə sadiq qalırıq" , Blinken bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG