Accessibility links

Kaliforniyada açılacaq restoranda ancaq robotlar xidmət göstərəcək


Kaliforniyada açılacaq restoranda ancaq robotlar xidmət göstərəcək
please wait

No media source currently available

0:00 0:03:30 0:00

Kaliforniyada açılacaq restoranda ancaq robotlar xidmət göstərəcək

Bu ay Kaliforniyanın Pasadena şəhərində avtomatlaşdırılmış restoran açılacaq. CaliExpress-in mətbəxində robotlar yemək hazırlayacaq, müştərilərin sifarişlərini süni intellekt qəbul edəcək. İnsanların etməli olduğu yeganə iş yeməyi yığıb qablaşdırmaq olacaq.

Robotlardan biri kartof qızartması ilə məşğul olarkən, digəri əvvəlcədən hazırladığı hamburgerləri bişirir. Əməliyyat direktor Toni Lomelino: "Arxa tərəfdə ət saxlanılan soyuducu var. Beləliklə, o, əti çəkir və hər hamburgeri sifarişə uyğun hazırlayır".

Üzləri yadda saxlaya bilən robotlar müştərin sifarişlərini və ödənişləri qəbul edəcək. Bəxşiş verməyə ehtiyac yoxdur. Üstəlik, rerstoran sahibləri bunun təhlükəsizlik sahəsində inqilabi bir irəliləyiş olduğunu deyirlər. Belə ki, itki və yanma halları demək olar ki, aradan qaldırıla, həm ərzaq, həm də yağ israfı azala bilər. "Miso Robotics"un həmtəsisçisi Rayan Sinnet: "Biz həqiqətən restoran sahəsinə diqqət yetirmişik. Bu barədə düşünsəniz, bu, ən yaxşı texnologiya deyil. Bu, əslində texnologiya sənayesi ilə eyni deyil, texnologiyanın həqiqətən geridə buraxdığı sahədir."

Restoran rəhbərliyi deyir ki, robotlar mükəmməl işçilərdir, onların xüsusi və ya maaşlarla bağlıtələbləri yoxdur. Təmir xərcləri hələ tam məlum olmasa da, sahiblər bunların yüksək olacağını düşünmür. Toni Lomelino: "Söhbət bir növbədə 5-6 nəfərdən deyil, 1 nəfərdən gedir? Deməli, bu nə deməkdir? 80% qənaət?"

Robotları işçi qüvvəsi ilə əvəz etməyin ən əsas səbəbi pula qənaət etməkdir. 2023-cü ildə Kaliforniya qubernatoru Qavin Nyusom fast food restoranı işçiləri üçün minimum əmək haqqını saatda 20 dollara qədər qaldırdı. Bu, robotlara ödənilməyəcək əmək haqqıdır. UCLA Əmək Tədqiqatları İnstitutundan Qaspar Rivera-Salqado: "Fastfood işçiləri üçün minimum əmək haqqının ödənilməsi təklifinə qarşı çıxan sahibkarların narazılığı bunun onların fəaliyyətini daha da bahalaşdıracağı və xərcləri azaltmaq yollarını axtaracaqları ilə bağlı idi."

Qaspar Rivera-Salqado UCLA-nın Əmək və Məşğulluq Tədqiqatları İnstitutunda işləyir. Rivera-Salqado deyir ki, minimum əmək haqqının artırılması işçiləri fastfood biznesinə cəlb etmək üçündür. Lomelino robotların bu qədər yüksək əmək haqqı ödənilməsindən qaçmaq üçün bir yol olduğunu etiraf edir. Lakin o deyir ki, robotlar bir çox insanın görmək istəmədiyi işləri görür. Tony Lomelino: "Həqiqət budur ki, hətta Pasadenada saatda 20 dollar ödəsəm də, buraya, bu restorana işləmək üçün kifayət qədər işçi götürməkdə çətinlik çəkəcəyəm."

Müştərilər robot xidmətinin yeniliyindən həzz alsalar da, Salqado deyir ki, texnoloji problemlər var və daha vacibi isə insanların insanlarla danışmağı sevməsidir. Qaspar Rivera-Salqado: "Bəzən işçilər bu avtomatlaşdırılmış maşınlara nəzarət etməli olduqlarından şikayətlənir, çünki onlar tez-tez xarab olur. Və insanlar insanlarla danışmaq istəyir, çünki bilirlər ki, insanlar daha mürəkkəb sorğulara cavab verə bilir."

Robotlar artıq istehsal sənayesində böyük rol oynayır və zaman keçdikcə robot texnologiyasının sənaye sahəsinə daha çox nüfuz etməsi qaçılmazdır. Ancaq dünyanın onlara xidmət edəcək bir robota və aşpaz robota hazır olub-olmadığı məlum deyil.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG