Accessibility links

ABŞ və Rusiyanın müdafiə nazirləri hərbi əlaqələrin yaxınlaşmasına söz veriblər


ABŞ Müdafiə naziri Robert Geyts və onun rusiyalı həmkarı Anatoli Serdyukov hərbi sahədə əməkdaşlığı nəzərdə tutan iki sənəd imzalayıblar

ABŞ Müdafiə naziri Robert Geyts və onun rusiyalı həmkarı soyuq müharibə dövrünün iki rəqib ölkəsi arasında hərbi sahədə əməkdaşlığın artırılmasına söz veriblər. Geyts deyib ki, onun Rusiyanın Müdafiə naziri Anatoli Serdyukovla imza atdığı iki sənəd iki ölkənin hərbi liderinin ildə azı bir dəfə görüşünü nəzərdə tutur. Onun sözlərinə görə, razılaşmalar iki ölkənin hərbi qüvvələri arasında daha geniş birgə proqramlar, mübadilə proqramları və təlimlərin keçirilməsinə yol açır. Serdyükov deyib ki, o, Pentaqona bu səfərinin iki ölkə arasında münasibətlərin yaxşılaşmasına stimul verəcəyinə ümid bəsləyir. Müşavirlərin bildirdiyinə görə, nazirlər arasında görüş beş saat çəkib və onlar qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

XS
SM
MD
LG