Accessibility links

ABŞ və Almaniya Ukraynaya təcavüz edəcəyi təqdirdə Rusiyanın "ağır" fəsadlarla üzləşəcəyi barədə xəbərdarlıq edir


Birləşmiş Ştatlar və Almaniya çərşənbə günü Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiklərini bir daha dilə gətirərək, qonşu Ukraynaya təcavüz edəcəyi təqdirdə Rusiyanın "nəhəng" və "ağır fəsadlarla" üzləşəcəyi barədə xəbərdarlıq edib.

Bir daha təkrar edilən edilən xəbərdarlıq gələn həftə Cenevrədə planlaşdırılan ABŞ-Rusiya danışıqlarından bir neçə gün əvvələ təsadüf edir.

“Həm Almaniya, həm də Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı addımlarını Avropada sülh və sabitliyə qarşı təcili, təxirəsalınmaz çağırış kimi görür. Biz Rusiyanın Ukrayna sərhədlərində hərbi gücünü artırmasını və Moskvanın getdikcə sərtləşən ritorikasını pisləyirik,” ABŞ Dövlət Katibi Antoni Blinken Almaniyanın Xarici İşlər Naziri Annalena Berbokla birlikdə keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Blinken daha sonra "Rusiya yenə də eskalasiyanı seçsə, biz tez bir zamanda cavab verəcəyik" deyə əlavə edib.

Almaniyanın xarici işlər naziri qismində Vaşinqtona ilk səfəri zamanı Berbok Rusiyanın Ukraynaya qarşı növbəti addımlarının "qiymətinin aydın" olacağını deyib.

ABŞ-ın baş diplomatı onu da əlavə edib ki, Avropa Rusiya ilə Almaniyanı birləşdirən sualtı “Şimal axını-2” boru kəmərindən Rusiyaya qarşı təsir vasitəsi kimi istifadə edə bilər.

“Rusiya Ukraynaya qarşı aqressiyasını təzələsə, gələcəkdə qazın oradan axmasını görmək şübhəsiz ki, çətin olacaq,” Blinken deyib.

ABŞ Almaniyaya Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə tətbiq olunacaq potensial sanksiyaların bir hissəsi olaraq “Şimal axını-2” qaz kəmərini bağlaması üçün təzyiq göstərir.

ABŞ rəsmiləri Moskva Ukraynaya qarşı eskalasiyaya başlayarsa, avropalı həmkarları ilə Rusiya üçün “ağır fəsadlara dair konkret paketlər üzərində” güclü konsensusun olduğunu bildirib.

XS
SM
MD
LG