Accessibility links

Rusiya ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik etmir


Rusiya bazar ertəsi Müstəqillik Günü bayramı münasibətilə ABŞ-a xoş arzularını çatdırmayacağını bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə təbriklərin “çətin ki müvafiq hesab edildiyini” deyib və ABŞ-ın, onun sözlərilə “dost olmayan siyasətini” qeyd edib.

ABŞ Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxaraq, Ukrayna qüvvələrinə silah göndərib və təlim keçməyə yardım edib. Eyni zamanda ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi səylərinə rəhbərlik edib.

Rusiya prezidenti Vladimir Putin keçmiş prezidentlər Donald Tramp və Barak Obama da daxil olmaqla, bayram münasibəti ilə ABŞ-ın əvvəlki liderlərini təbrik edib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi Twitter səhifəsində ABŞ prezidenti Co Baydenə və Amerika xalqına “sülh və firavanlıq” arzuladığını bildirib.

"Mən ABŞ-ın Ukraynanın ümumi dəyərlər - Azadlıq, Demokratiya və Müstəqilliyin müdafiəsində göstərdiyi yardımı yüksək qiymətləndirirəm," Zelenski yazıb.

XS
SM
MD
LG