Accessibility links

Blinken Ukraynaya gözlənilməz səfəri zamanı güclü dəstək mesajını çatdırıb


Blinken Ukraynaya gözlənilməz səfəri zamanı güclü dəstək mesajını çatdırıb
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Blinken Ukraynaya gözlənilməz səfəri zamanı güclü dəstək mesajını çatdırıb

ABŞ dövlət katibi Antoni Blinken özünün dediyi kimi, ukraynalılara güclü dəstək mesajını çatdırmaq üçün Ukraynaya gözlənilməz səfər edib. Onun səfəri Ukrayna qüvvələrinin şərqdə Rusiya ordusunun şiddətli hücumları ilə üzləşdiyi və müttəfiqlərdən yeni silah tədarüklərini gözlədiyi bir vaxta təsadüf edib.

ABŞ-ın yüksək səviyyəli diplomatı Antoni Blinken çərşənbə axşamı anderqraund barında Ukrayna qrupu ilə birlikdə gitara çalaraq, "Rockin' in the Free World" mahnısını oxumazdan əvvəl güclü mesajını çatdırıb. "Birləşmiş Ştatlar sizinlədir, dünyanın çox hissəsi sizinlədir. Onlar təkcə Ukrayna üçün deyil, azad dünya üçün mübarizə aparır. Azad dünya da sizinlədir."

Blinkenin səfəri Rusiyanın Ukraynanın ikinci ən böyük şəhəri Xarkivə bir sıra hava zərbələri endirdiyi, yaşayış binasını vurduğu və azı 17 nəfərin yaralandığı vaxta təsasdüf edib. Rusiya qoşunları son həftələr Ukraynanın əsgər və artilleriya mərmilərinin çatışmazlığından istifadə edərək, irəliləyib.

Bu, Konqresin uzun müddət gecikdirdiyi 61 milyard dollarlıq yardım paketini qəbul etməsindən sonra Blinkenin Ukraynaya ilk səfəridir. Blinken ukraynalıları yardımın yolda olduğuna əmin edib. "Biz sizə Rusiyanın hücumlarının qarşısını almağa yardım edəcək, onların sizə zərbə vurmasını çətinləşdirəcək və iqtisadiyyatınızı inkişaf etdirmək və dünyanı ərzaqla təmin etmək üçün Qara dənizi açıq saxlayacağıq. Məhz buna görə də Konqres böyük yardım paketimizi təsdiqlədikdən cəmi bir dəqiqə sonra prezident Bayden Ukraynaya sursat, zirehli maşınlar, raketlər və hava hücumundan müdafiə vasitələri göndərdi" - deyə, Blinken bildirib.

Ekspertin Amerikanın Səsinə dediyinə görə, Rusiyanın hazırda müharibədə üstün olduğu görünür. Almaniya Marshall Fundundan Kristin Berzina: "Rusiya hazırda reallığı dəyişdirməsi üçün siyasi təkana sahibdir. Putinin yenidən inaqurasiyası, Qələbə Günü, Rusiyaya may və iyun aylarında irəliləyişlər və döyüş meydanında durumu xeyrinə dəyişdirmək imkanı verir."

Digər ekspert bununla razılaşsa da, deyir ki, Rusiya Ukraynaya qarşı müharibədə qələbəyə yaxın deyil. Amerika Katolik Universiteti Maykl Kimmmey: "Lakin Rusiya qələbədən uzaqdır. Bu, Rusiya üçün altı ay əvvəl, bir il əvvəl, iki il əvvəl olduğu kimidir."

Blinken eləcə də ukraynalı həmkarı ilə müharibə veteranının restoranında pizza yeyib.

Forum

XS
SM
MD
LG