Accessibility links

ABŞ Ukraynaya zirehli döyüş maşınları göndərir


ABŞ Ukraynaya zirehli döyüş maşınları göndərir
please wait

No media source currently available

0:00 0:02:38 0:00

ABŞ Ukraynaya zirehli döyüş maşınları göndərir

ABŞ Ukraynaya 50 ədəd "Bradley" döyüş maşını göndərir. Prezident Co Bayden hazırda Ukraynanın Rusiya ilə müharibəsinin kritik nöqtədə olduğunu deyir.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer cümə günü ABŞ-ın Rusiyanın işğalına qarşı müqavimət göstərən Ukraynaya dəstəyinin yeni səviyyələri və yeni formalarını açıqlayıb. "Bu gün Birləşmiş Ştatlar Ukraynaya 2,8 milyard dollarlıq vəsait də daxil olmaqla, 3 milyard dollardan çox yeni hərbi yardımını elan etməklə, Ukraynanın özünümüdafiə qabiliyyətinə davamlı sadiqliyini nümayiş etdirəcək".

Rusiya prezidenti Vladimir Putin pravoslav Milad bayramı ilə əlaqədar 36 saatlıq atəşkəs elan edib. Lakin ABŞ prezidenti Co Bayden kabinetinin üzvlərinə skeptik olduğunu bildirib. Bir həftədən az əvvəl, Yeni İl ərəfəsində Xersondakı bu uşaq xəstəxanası da olmaqla, Rusiya Ukraynanın mülki obyektlərinə hücumlar etdi.

Bayden müharibə haqqında bunları deyib: "Hazırda Ukraynada müharibə kritik məqamdadır. Biz ukraynalılara Rusiyanın təcavüzünə müqavimət göstərməyə kömək etmək üçün əlimizdən gələni etməliyik. Rusiya isə səngimək istəmir".

Pentaqonun mətbuat katibi, briqada generalı Patrik Rayder bu dəstəyin "Bradley" döyüş maşınları ilə necə görünəcəyini belə izah edib. "Bu, tank deyil, tankı məhv edəndir. "Bradley" qoşunları döyüşə apara bilən atəş gücünə malik zirehli maşındır. Beləliklə bu, Ukraynanın onsuz da güclü olan zireh imkanlarına əhəmiyyətli dərəcədə artıracaq".

Dövlət Departamentinin sözçüsü Ned Prays da Putinin elan etdiyi atəşkəsə şübhə ilə yanaşıb. "Biz inanırıq ki, bu, rusların bir neçə gün və ya bir qədər də olsa dincəlmək, bərpa olunmaq, yenidən qruplaşmaq və nəhayət, yenidən hücuma keçmək - potensial olaraq, istədiklərinə nail olduqda daha çox intiqam, daha da qəddarlıqla, daha da ölümcül hücuma keçmələri üçün bir hiylədir."

Ukraynalılar cümə günü pravoslav Milad bayramını qeyd etmək üçün Lviv kimi şəhərlərdə toplaşarkən, arxa planda hava hücumu sirenləri eşidilib. ABŞ rəsmiləri atəşkəs elan edilməsinə baxmayaraq, Rusiyanın hücumlarını dayandırmadığını təsdiqləyib.

XS
SM
MD
LG