Accessibility links

ABŞ Rusiyaya Ukraynaya hər hansı nüvə hücumunun "dəhşətli" nəticələri barədə xəbərdarlıq edib


ABŞ dövlət katibi Antoni Blinken
ABŞ dövlət katibi Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken Rusiya Prezidenti Vladimir Putinin Rusiyanı müdafiə etmək üçün hər cür vasitədən istifadə edəcəyi barədə bəyanatından sonra Birləşmiş Ştatların ona açıq şəkildə Ukrayna münaqişəsində "nüvə silahı ilə bağlı boş söhbəti dayandırmlı" olduğunu bildirib.

"Moskvanın bizdən eşitməsi və nəticələrin dəhşətli olacağını bilməsi çox vacibdir və biz bunu çox açıq şəkildə ifadə etdik" Blinken CBS News-un bazar günü axşam saatlarında yayımladığı "60 dəqiqə" verilişində deyib.

Blinken deyib ki, nüvə silahından istifadə "əlbəttə ki, ondan istifadə edən ölkəyə fəlakətli təsirlər göstərəcək, lakin bir çox başqalarına da".

ABŞ bu reaksiyanı keçən həftə Putinin Rusiyaya Ukraynaya 7 aydır davam edən işğalında mübarizədə kömək etmək üçün ehtiyatda olan 300 min hərbçini səfərbər etmək qərarını bəyan edərkən nüvə hücumu ehtimalına işarə etdikdən sonra verib. Rusiyanın döyüş meydanındakı uğursuzluqlarından, Kyiv qüvvələrinin Ukraynanın şimal-şərqində Rusiyanın müharibənin ilk həftələrində ələ keçirdiyi böyük əraziləri geri aldıqdan sonra Rusiya qoşunların artırılmasına qərar verib.

Britaniyanın Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, ilk çağırışlar hərbi bazalara gəlməyə başlayıb, lakin Rusiya bu qoşunların hazırlanmasında inzibati və maddi-texniki çətinliklərlə üzləşir.

"Çağırılan əsgərlərin bir çoxunun bir neçə il ərzində heç bir hərbi təcrübəsi olmayacaq. Hərbi təlimçilərin olmaması və Rusiyanın tələsik səfərbərliyə başlaması onu deməyə əsas verir ki, çağırılan qoşunların çoxu müvafiq hazırlıqdan minimum səviyyədə keçdikdən sonra cəbhə xəttinə göndəriləcək. Çox güman ki, onlar orada çox tez zəifləyəcək" - deyə, nazirlik bildirib.

Rusiyada Putinin elan etdiyi səfərbərliyə qarşı geniş etirazlar başlayıb. Polis Moskvada və başqa şəhərlərdə küçə etirazlarında iştirak edən yüzlərlə nümayişçini həbs edib.

Yerli qubernatorun bazar ertəsi bildirdiyinə görə, Rusiyanın Sibir regionunda 25 yaşlı gənc çağırış məntəqəsində hərbi komendantı güllələyib.

Putinin müharibəsinə qarşı çıxan və ya döyüş cəbhəsində öldürülməkdən qorxan bir çox kişi Rusiyadan başqa ölkələrə təyyarələrlə qaçır. Başqaları isə Rusiya ilə sərhəd olan Finlandiya, Gürcüstan və digər ölkələrə gedən quru yollarda uzun avtomobil növbələrində dayanır.

Rusiya Ukraynanın tam və ya qismən nəzarət etdiyi dörd regionunda beş günlük mübahisəli referendumu keçirməkdə davam edir. Moskva yerli sakinlərin Rusiyanın ilhaqını dəstəkləyəcəyini güman etdiyi səslərin ona yeni iddia edilən ərazini müdafiə etmək üçün bəhanə verəcək. Bəzi hallarda rus əsgərləri qapı-qapı gəzərək, ukraynalıları silah gücünə səs verməyə məcbur edir.

Lakin Ukrayna, ABŞ və digər Qərb müttəfiqləri referendumu saxta adlandırır və heç bir hüquqi nəticəsi olmadığını deyir. Rusiyanın Ukrayna torpaqlarını ilhaq etməsi qlobal səviyyədə tanınmayacaq.

XS
SM
MD
LG