Accessibility links

Putin atəşkəsə dəstəyini ifadə edib, amma detallar üzərində işləməli olduqlarını deyib


ABŞ-ın Moskvadakı səfirliyinin binası önündə Rusiya və ABŞ bayraqları dalğalanır. 13 mart, 2025.
ABŞ-ın Moskvadakı səfirliyinin binası önündə Rusiya və ABŞ bayraqları dalğalanır. 13 mart, 2025.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Rusiyanın Ukrayna ilə müharibəsinə son qoymaqla bağlı təklifinə dəstəyini ifadə edib, amma deyib ki, təfərrüatlar üzərində çalışmaq lazımdır.

“Biz döyüşlərə son qoymaq təklifləri ilə razılaşırıq, amma biz atəşkəsin davamlı sülhə aparmalı və böhranın əsas səbəblərini aradan qaldırmalı olduğu fərziyyəsindən çıxış edirik,” Putin cümə axşamı Moskvada müxbirlərə deyib.

“Bəlkə də mən Prezident Trampa zəng edib, onnunla müzakirə aparmalıyam,” o deyib.

Bundan öncə Putinin xarici siyasət üzrə baş müşaviri ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul etməyib və Onun sadəcə olaraq Ukrayna ordusuna döyüşlərdən müvəqqəti fasilə verəcəyini deyib.

Onun bu şərhləri ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff atəşkəs təklifi ilə bağlı rusiyalı həmkarları ilə danışıqlar aparmaq üçün Moskvaya getdiyi bir vaxta təsadüf edib. Uşakov müsahibəsində Ağ Evin milli təhlükəsizlik müşaviri Mayk Valtzla mütəmadi olaraq əlaqə saxladığını bildirib və deyib ki, onlar bu danışıqların məxfi qalacağı barədə razılığa gəliblər.

ABŞ rəsmiləri bu həftənin əvvəlində atəşkəs planını təqdim etmək üçün Səudiyyə Ərəbistanında Ukrayna rəsmiləri ilə görüşüb.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın səylərini alqışlayıb və çərşənbə günü Ukraynanın “Amerika tərəfinin təklif etdiyi kimi 30 günlük atəşkəsə hazır olduğunu” deyib.

Zelenski qeyd edib ki, döyüşlərin dayandırılması Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə başlayan münaqişə üçün daha geniş sülh sazişi yaratmaq üçün istifadə edilə bilər.

Moskvada keçirilən danışıqlar Rusiya Müdafiə Nazirliyinin cümə axşamı verdiyi açıqlamaya görə, qüvvələrinin Rusiyanın qərbindəki Kursk vilayətinin əsas şəhəri olan Sudjaya nəzarəti Ukrayna əsgərlərindən geri aldığını bəyan etdiyi bir vaxta təsadüf edir.

Ukrayna qüvvələri avqust ayında Ukrayna ilə həmsərhəd Kursk bölgəsinə qəfil hücum zamanı şəhəri ələ keçirib və o vaxtdan bəri onu nəzarətində saxlamaq üçün mübarizə aparırdı.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG