Accessibility links

ABŞ HƏMAS-ın maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq edir


ABŞ çərşənbə günü HƏMAS-ın maliyyə qurumlarına sanksiya tətbiq edərək, militant qrupun İsrailə hücumları üçün maliyyələşdirməsini dayandırmağa çalışır.

ABŞ "gizli HƏMAS investisiya portfoliyosu" kimi təsvir etdiyi sanksiya İrana bağlı maliyyə vasitəçisini, Qəzzada yerləşən virtual valyuta mübadiləsini və 9 şəxsi şəxsi hədəf alıb. ABŞ Maliyyə Nazirliyi HƏMAS-ın bəzi qurumlarının Sudan, Türkiyə, Əlcəzair və Qətərdə yerləşdiyini bildirib.

Sanksiyalar barədə məlumat prezident Co Bayden oktyabrın 7-də HƏMAS-ın yəhudi dövlətinə gözlənilməz hücumu, bunun ardınca İsrailin HƏMAS-ın idarə etdiyi Qəzza sektorunu atəşə tutması ilə bağlı müzakirələr aparmaq üçün İsrailin baş naziri Benyamin Netanyahu ilə İsraildə görüşərkən elan edilib.

Maliyyə naziri Canet Yellen açıqlamasında "Birləşmiş Ştatlar İsrail vətəndaşlarını, o cümlədən uşaqları vəhşi və vicdansız şəkildə qətlə yetirən HƏMAS-ın maliyyəçiləri və yardımçılarını hədəf almaq üçün sürətli və qətiyyətli addımlar atır" deyıb.

"Biz HƏMAS terrorçularının vəhşiliklər törətmək və İsrail xalqına qarşı terror həyata küçirmək üçün vəsait toplamaq və ondan istifadə etmək imkanlarının qarşısını almaq üçün lazım olan bütün addımları atmağa davam edəcəyik" – deyə, Yellen bildirib.

Sanksiyalar HƏMAS-ın ABŞ-dakı bütün aktivlərini bloklayır və ABŞ-ın silahlı qruplaşma ilə biznes əməliyyatlarını qadağan edir.

ABŞ HƏMAS-ı terror qruplaşması kimi tanıyıb.

Forum

XS
SM
MD
LG