Accessibility links

ABŞ İran rəsmilərinə sanksiya tətbiq edib


Birləşmiş Ştatlar çərşənbə axşamı Tehranın kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə etirazçılara qarşı təqiblərini səbəb göstərərək İranın üç təhlükəsizlik rəsmisinə insan hüquqları ilə əlaqədar sanksiyalar tətbiq edib. Bu barədə Maliyyə Departamenti məlumat verib. Nazirlik bildirib ki, İran boyu 22 yaşlı kürd qadın Məhsa Əminin sentyabr ayında polisin nəzarətində ikən ölümündən sonra baş qaldıran etirazlar başlayandan bəri ABŞ-ın tətbiq etdiyi ən son sanksiyalar İran səlahiyyətlərinin İranın şimal-qərbində kürd şəhərlərdə etirazlara qarşı “xüsusilə sərt təhlükəsizlik tədbirlərində” iştirak edən əsas rəsmiləri hədəf alıb.

Sanskiyalar kürdlərin yaşadığı Sənəndəc şəhərində iki rəsmiyə, qubernator Hədən Əsgəri və şəhərin hüquq-mühafizə qüvvələrinin komandiri Əlirza Muradiyə tətbiq olunub. Ədliyyə Departamenti bildirib ki, Əsgəri və digər rəsmiləri təhlükəsizlik qüvvəkəri tərəfindən öldürülən 16 yaşlı etirazçının ölümü ilə əlaqədar saxta səbəb irəli sürüblər.

Maliyyə Departamentinin bildirdiyinə görə, bundan əlavə etirazlara cavab olaraq əlavə qüvvələrin yerləşdirildiyi bir başqa kürd şəhər Məhabada nəzarət edən İslam Keşikçiləri Qvardiyasının komandiri Məhəmməd Tağı Osanlu da hədəf alınıb.

İranın Birləşmiş Millətlər Təşkilatındamı missiyası şərh çağırışına cavab verməyib.

Sanskiyalar hədəf alınan şəxslərin ABŞ-dakı aktivlərini dondurur və adətən amerikalıların onlarla iş aparmasını qadağan edir.

“İran rejiminim daha yaxşı gələcək tələbi ilə küçələrə çıxan öz uşaqlarını hədəf aldığı və güllələdiyi bildirilir,” Maliyyə Departamentinin terror və maliyyə kəşfiyyatı üzrə katin müavini Brayan Nelson bəyanatda bildirib.

“İranda etirazçılara qarşı, o cümlədən bu yaxınlarda Məhabadda törədilən pozuntulara son qoyulmalıdır.”

XS
SM
MD
LG